Məhkəmə qərarları › İş №3(023)-147/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-147/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-147/2023 20.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Qazax rayonu, Ağköynək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 20 aprel 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən tərtib olunmuş 20 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 17:00 radələrində Qazax rayonu, Ağköynək kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Qazax rayonu, Ağköynək kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətmişdir. Belə ki, o, 20 aprel 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı Qazax rayonu, Ağköynək kəndində olan zaman ünvansız söyüşlər söydüyündən polis əməkdaşları ona yaxınlaşaraq kim olmasını soruşmuşlar. Həmin vaxt əsəbi olduğundan polis əməkdaşlarına qarşı kobud rəftar edərək ünvansız söyüşlər söyməyə davam etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları onu Qazax RPŞ-nin inzibati binasına dəvət etsələr də, o, bununla razılaşmamış və RPŞ-yə getməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları onu məcburi qaydada Qazax RPŞ-yə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır, barəsində qanunamüvafiq qərar qəbu edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, o, Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 aprel 2023-cü il tarixdə RPŞnin əməliyyat müvəkkili Şahid2la birlikdə Qazax rayonu, Ağköynək kəndində xidmətdə olan zaman adının onlara sonradan məlum olduğu Şəxs ictimai qaydanı pozaraq, ünvansız söyüşlər söyüdüyünü görərək ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra sonuncunu kim olmasını və ictimai qaydanı pozmamasını bildirmişlər. O və onunla birgə xidmət aparan Şahid2 Şəxs nizam-intizama dəvət etsələr də, onlara məhəl qoymayarq onlara müqavimət göstərməyə başlamışdır. Daha sonra Ülfən məcburi qaydada Qazax RPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 izahatına uyğun çıxış edərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün, şahidin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 20 aprel 2023cü il tarixdən saat 19:00-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 20 aprel 2023-cü il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar