Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-149/2024 13.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs, onun müdafiəçisi Qazax rayon vəkil bürosunun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X1 iştirakları ilə xx.xx.1986-cı ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 13 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(023)-568/2023 nömrəli icra sənədi üzrə yaranmış 3600 manat aliment borcunu tələbkara ödəməmiş, icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X4 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(023)-568/2023 nömrəli icra sənədi 28 aprel 2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Qazax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(023)-568/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2010-cu il tarixdə anadan olmuş X6, xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 mart 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməlidir. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş, həmçinin barəsində axtarış qərarı qəbul edilmişdir. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Hazırda borclu Şəxs tələbkar X2 3600 manat aliment borcu vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq fəhlə işləyir. Məhkəmə qətnaməsində qeyd edilən borcunu inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Hər ay 300 manat alimenti və borcundan 100 manat olmaqla hissə-hissə ödəməyə razıdır. Hazırda subaydır. Himayəsində azyaşlı uşağı yoxdur. Maddi imkanı olduqca ağırdır. Borcunun hissə-hissə ödəməsi üçün ona vaxt verilməsini istəyir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs müdafiəçisi Qazax rayon vəkil bürosunun vəkili X5 izahat verərək bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(023)-568/2023 nömrəli icra sənədinə əsasən Şəxs Sənan, Mələk və Mədəd adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 mart 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Borclu borcunun olmasını inkar etmir. Rəsmi olaraq heç bir yerdə işləmir, bununla bağlı məcburi əməyə cəlb edilməmişdir. Aliment öhdəliyindən yayınması qərəzli olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(023)-568/2023 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2010-cu il tarixdə anadan olmuş X6, xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X8 adlı uşaqlar yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 mart 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb tələbkar X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(023)-568/2023 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində axtarış elan edilməsinə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtrış verilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 13 may 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 may 2024-cü il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-149/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-149/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver