Məhkəmə qərarları › İş №3(023)-151/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-151/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-151/2023 25.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə 12 sentyabr 1993-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Magro Construction”-də usta dəmirçi işləyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Qazax şəhəri, Ş.Xiyabani küçəsi, ev 14, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 25 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 aprel 2023-cü il tarixdə, saat 23:15 radələrində Qazax şəhəri “Ştrafnoy” adlanan çay evində polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı üzərindən 0.99 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Qazax şəhəri, Ş.Xiyabani küçəsi, ev 14, mənzil 17-də qeydiyyatda olmaqla yaşayır. Subaydır. Magro Construction” MMC-də usta(dəmirçi-qəlibçi) vəzifəsində işləyir. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 15 aprel 2023-cü il tarixdə təxminən saat 22 radələrində yaşadığı evdən çıxaraq dostları ilə Qazax şəhəri Bakı küçəsində yerləşən “Ştrafnoy” adlanan çay evinə çay içmək üçün getmişdir. Çay evində ayaqyoluna gedən zaman yerdə otların arasında kağıza bükül halda yaşıl rəngli iyli kütlə tapmışdır. Həmin kütləni üzərində saxlamış və təxminən 15-20 dəqə sonra bir neçə nəfər mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyərək ona narkotik vasitə saxlamaqda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olduğunu deyərək rayon polis şöbəsinə dəvət etmişlər. O isə heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Daha sonra ona üzərində əlavə narkotik vasitə, psixotrop maddə və ya digər qanunla daşınması qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, əgər varsa təqdim etməsini bildirilmişdir. Bu zaman o, könüllü olaraq əynindəki gödəkcənin sağ cibindən ağ rəngli A4 kağızına bükülü 3 (üç) ədəd içərisində qurudulmuş halda yaşıl rəngli spesifik iyli kütlələri polis əməkdaşlarına könüllü təqdim etmişdir. Onun təqdim etdiyi narkotik vasitə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Hazırda törətdiyi əməldən peşmandır. Gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 15 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhəli olduğu üçün 15 aprel 2023-cü il tarixdə, saat 23:40 radələrində şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin azad edilməsi haqqında 16 aprel 2023-cü il tarixli şübhəli şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Şəxs 16 aprel 2023-cü il tarixdə, saat 17:20-də Qazax RPŞ-nin MSYdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmə ekspertizasının 16 aprel 2023-cü il tarixli, 16/421 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar edilmiş 3(üç) ədəd kütlə” yazı və imzalar olan kağız paketdəki 03 (üç) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,34 qram, 0,32 qram, 0,33 qram, ümumi təmiz çəkisi 0,099 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs üzərindən aşkar edilmiş 0,99 qram narkotik vasitə olan qurudulmuş marixuana Qazax RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 24 aprel 2023-cü il tarixli 692 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və müavinət almır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 24 aprel 2023-cü il tarixli, 932/2023 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 24 aprel 2023-cü il inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 aprel 2023-cü il tarixdə, saat 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, ekspertiza rəyi, həmçinin işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq, 500 qram və daha çox qurudulmuş marixuana isə külli miqdar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati cəimə növündə inzibati tənbeh tətbiq edilməli, iş üzrə maddi sübut olan, Qazax Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,99 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və narkomaniya xəstəliyindən məcburi müalicə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin, 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. İş üzrə maddi sübutlar olan, Qazax Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan 0,99 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən :Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar