Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-151/2024 29.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə xx.xx.1979-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn “SCANİA R480 LA4X2 MNA” markalı 99UU635/99ZF432 nömrə nişanlı nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz npvbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı SCANİA R480 LA4X2 MNA” markalı 99UU635/99ZF432 nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının salonunda yan tərəfində örtük hissəsinin arxasında və yataq hissəsinin alt tərəfindən hər birində 20 kapsul olmaqla 368(üç yüz altmış səkkiz) konvalyut üzərində “Рифампицин” yazısı olan dərman vasitələri aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 08 may 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 04 mart 2024-cü il tarixdə X1 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna təhkim edilmiş kiçik mütəxəssisi X3 və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi X2 iştirakı ilə tərtib etdiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, keçirilmiş gömrük baxışı zamanı “SCANİA R480 LA4X2 MNA” markalı 99UU635/99ZF432 nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının salonunda yan tərəfində örtük hissəsinin arxasında və yataq hissəsinin alt tərəfindən hər birində 20 kapsul olmaqla 368(üç yüz altmış səkkiz) konvalyut üzərində “Рифампицин” yazısı olan dərman vasitələri aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X4 Şəxsin verdiyi 13 fevral 2024-cü il tarixli 3-28-1/2-4453/2024 nömrəli məktubdan görünür ki, Rifampiçin 150 mg dərman predmenləri dövlət qeydiyyatında yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/1147/2024 nömrəli rəyindən görünür ki, ekspertiza təhqiqatına təqdim olunmuş “Рифампицин” markalanma göstəricisi olan dərman preparatının xx.xx.2024-cü il tarixə 1 konvalyutunun orta bazar qiymət təxminən 1,40 manat, 368 konvalyutunun qiyməti isə 515,20 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “SCANİA R480 LA4X2 MNA” markalı 99UU635/99ZF432 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “SCANİA R480 LA4X2 MNA” markalı 99UU635/99ZF432 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 515,20 manat təşkil edən üzərində “Рифампицин” markalanma göstəricisi olan 20 kapsul (368 konvalyut) dərman preparatı müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 515,20 manat təşkil edən üzərində “Рифампицин” markalanma göstəricisi olan 20 kapsul (368 konvalyut) dərman preparatı müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-151/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-151/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver