Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-154/2024 27.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə xx.xx.1982-ci ildə Qazax rayonu Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləmir, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 27 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsin tərəfindən tərtib olunmuş 15 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağstafa Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(015)-291/2021 saylı icra sənədi üzrə yaranmış 5070 manat borcun tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(015)-291/2021 saylı icra sənədi 11 noyabr 2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Ağstafa Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(015)-291/2021 saylı icra sənədinə əsasən Şəxs 07 dekabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Hazırda borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 5070 manat aliment borcu vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə qətnaməsində qeyd edilən borcunu inkar etmir. Tələbkar uzun müddətdir ki, uşağını ona göstərmir, uşağının taleyindən xəbərsizdir. Həmçinin səhhətində olan problemlərə görə heç bir yerdə işləmir. Maddi imkanı zəif olduğu üçün borcunu tam ödəyə bilməmişdir. Borcu hər ay hissə-hissə ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağstafa Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(015)-291/2021 saylı icra sənədinə əsasən Şəxs 07 dekabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 28 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, edilən Ağstafa Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(015)-291/2021 saylı icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Qazax rayon Polis şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Şəxs məcburu qaydada Qazax Rayon İcra və Probasiya şöbəsinə gətirilməsi xahiş edilmişdir. . İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün xəbərdarlıq göndərilmiş, icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. İşdə olan Qazax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(023)-154/2024 saylı qərardan görünür ki, X3 məcburi qaydada Qazax Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Belə ki, məhkəmə iclası icra sənədinin icrası ilə bağlı könüllü razılıq əsasında təxirə salınmış, lakin X3 təyin olunmuş məhkəmə iclasına könüllü olaraq gəlmədiyindən, onun barəsində məbcuri gətirilmə qərarı verilmiş, X3 məcburi qaydada məhkəməyə gətirilmişdir. Hazırkı vaxtadək icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 15 may 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 27 iyun 2024-cü il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-154/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-154/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver