Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-155/2024 15.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X6, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Qazax rayonu, Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Qazax rayonu, Kəmərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 15 may 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən tərtib olunmuş 15 may 2024-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 may 2024-cü il tarixdə, saat 12:30-da Qazax şəhəri, Heydər Əliyev prospekti Qazax RPŞ-nin inzibati binasının qarşısında ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş və onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahatında göstərdi ki, Şəxs 15 may 2024-cü il tarixdə, saat 12:30 radələrində Qazax şəhəri, Heydər Əliyev prospekti Qazax RPŞ-nin inzibati binasının qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, 2024-cü il aprel ayının 16-da arvadı ona xəyanət etmiş və yaşadıqları evdən qaçıb getmişdir. Bu günə kimi ondan heç bir xəbər yoxdur. Qazax RPŞ-nin əməkdaşları mütəmadi olaraq onu polis şöbəsinə dəvət etdiklərinə görə bezib əsəblərini cilovlaya bilməmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalarda o, öz əməmllərini davam etdirərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda onlar onu məcburi qaydada Qazax RPŞ-nə aparmaq istəyərkən onlara müqavimət göstərmişdir. X7 ilə birgə nikahından doğulmuş uşağı hazırda Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayan nənə babasının himayəsindədir. Rayon Polis şöbəsində təqdim olunan müdafiəçidən imtina barədə ərizəyə və sənədlərə özü imza etmişdir. Ona heç bir müqavimət göstərilmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Qazax rayon Polis şöbəsinin ərazisində xidmətdə olan zaman Polis şöbəsinin qarşısında Qazax RPŞ polis əməkdaşları Zərərçəkmiş şəxs3, Məhəmməd Avacəlilov, Zərərçəkmiş şəxs2 ilə birlikdə bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai asayişi pozduğunu, polisin ünvanına nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşaraq inzam intizama dəvət etmiş, lakin Şəxs onlara məhəl qoymadan onların qanuni tələbinə tabe olmayaraq, müqavimət göstərmiş, nalayiq ifadələr işlədərək küçədə səs-küy salmışdır. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Qazax rayon Polis şöbəsinin ərazisində xidmətdə olan zaman Polis şöbəsinin qarşısında Qazax RPŞ polis əməkdaşları Zərərçəkmiş şəxs1, Məhəmməd Avacəlilov, Zərərçəkmiş şəxs2 ilə birlikdə bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai asayişi pozduğunu, polisin ünvanına nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşaraq inzam intizama dəvət etmiş, lakin Şəxs onlara məhəl qoymadan onların qanuni tələbinə tabe olmayaraq, müqavimət göstərmiş, nalayiq ifadələr işlədərək küçədə səs-küy salmışdır. Kənan Musayevi məcburi qayda da Polis şöbəsinin inzibati binasına aparmışlar. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək, Şəxs şikayətçi olduğunu, ona həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, Şəxs Qazax rayon Polis Şöbəsində hüquqları pozulmuş, ona vəkil təqdim edilməmiş, vəkildən imtina barədə ərizəyə imza çəkdirmişlər. Bu hal onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsasdır. Şəxs arvadının itkin düşməsi ilə bağlı Qazax rayon Polis şöbəsində araşdırma gedir, arvadı itkin düşdüyü vaxtdan birgə nikahlarından doğulmuş azyaşlı uşağı onun himayəsindədir. Odur ki, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, Şəxs arvadı xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Qazax rayon Kəmərli kəndində Qazax rayonu Kəmərli kənd sakini X1 itkin düşməsi ilə əlaqədar Qazax rayon Polis şöbəsinə dəvət etmişdir. Şəxs Qazax rayon Polis şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlədərək, polis şöbəsinə niyə çağırıldığını bildirib etiraz etmişdir. Daha sonra ucadan səs-küy salaraq ictimai asayişi pozduğunu, polisin ünvanına nalayiq ifadələr işlətdiyini görüb, ona yaxınlaşaraq inzam intizama dəvət etmiş, lakin Şəxs onlara məhəl qoymadan onların qanuni tələbinə tabe olmayaraq, müqavimət göstərmiş, nalayiq ifadələr işlədərək küçədə səs-küy salmışdır. Kənan Musayevi məcburi qayda da Polis şöbəsinin inzibati binasına aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 may 2024-cü il tarixdə, saat 12:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X4 Qazax rayon Qəbul şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon İcra Hakimiyyətinin Yuxarı Salahlı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, X7 itkin düşdüyü gündən hazırkı vaxtadək azyaşlı xx.xx.2024-cü il təvəllüdlü X3 rayonu Yuxarı Salahlı kəndində ana babası X5 və nənəsi X2 himayəsindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax rayon İcra Hakimiyyətinin Kəmərli kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 evdən çıxmış və onların birgə nikahından olan xx.xx.2024cü il təvəllüdlü X3 rayonu Yuxarı Salahlı kəndində ana babası X5 və nənəsi X2 himayəsindədir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidin, zərərçəkmiş şəxslərin izahatlarını, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətin yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 may 2024-cü il tarixdən, saat 12:50-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-155/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-155/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver