Məhkəmə qərarları › İş №3(023)-16/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-16/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-16/2024 29.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1992-ci ildə Qazax rayonu Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Qazax rayonu Birinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əmliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 06:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı-Körpü” gömrük postundan keçən zaman ümumi dəyəri 1260 (bir min iki yüz altmış) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 180 (bir yüz səksən) qutu “X5” markalı siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi 08 yanvar 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əmliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 sentyabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postunun inspektoru X1 Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun müfəttişi X2 iştirakı ilə tərtib etdiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, 11 sentyabr 2023-cü il tarixdə, saat 06:30 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn Şəxs idarə etdiyi “DAF 105.460 ” markalı 77BP992/99ZK523 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş yoxlama zamanı həmin avtomobilin dartıcısı ilə qoşqu arasında yerləşən yanğın söndürmə balonun arxasından üzərində “X5” yazısı olan 140 (bir yüz qırx) qutu və salonun tavan hissəsində radiomaqnitafonun arxa hissəsindən üzərində “X5” yazılmış 40 (qırx) qutu siqaretə bənzər predmetlər aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1316-9/7097 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının 11 sentyabr 2023-cü il tarixə olan ümumlikdə orta bazar qiyməti təxminən 1260,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, Şəxs barəsində toplanılmış 3-33/1-044449/2023 saylı materialda Azərbaycan Respublikası CM-nin 213- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması səbəbi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində toplanmış 3-33/1-044449/2023 saylı materialda Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar zəruri sənədlərin surəti ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş, ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalmış 172 qutu “X5” markalı siqaretlərin xx.xx.2023-cü il tarixli, 151S/2023 nömrəli akt əsasında “Azərteminalkompleks” Birliyinin anbarına təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF 105.460 ” markalı 77BP992/99ZK523 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF 105.460 ” markalı 77BP992/99ZK523 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 1260 (bir min iki yüz altmış) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 180 (bir yüz səksən) qutu “X5” markalı siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, Dövlət Gömrük Komitəsinin “Azərteminalkompleks” Birliyinin anbarında saxlanılan ümumi dəyəri 1260 (bir min iki yüz altmış) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 180 (bir yüz səksən) qutu “X5” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar