Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-164/2023 27.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştiakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Aşağı Əskipara kəndində qeydiyyatda olmaqla Qazax şəhəri\, N.Nərimanov yeni massivdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 27 aprel 2023-cü il tarixdə Qazax Rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax rayon İcra və Probasiya şöbəsinin rəisi X4 tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 08 oktyabr 2018-ci il tarixli qərarla icraata başlanılmış, Qazax Rayon Məhkəməsinin 2(023)-219, 28 sentyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 70000 (yetmiş min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X1 ödənilməsi qət edilmişdir. Eyni zamanda 12 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanılmış, Qazax Rayon Məhkəməsinin 2(023)-1077/2020, 04 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 18000 (on səkkiz min)manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. Bundan əlavə 19 fevral 2018-ci il tarixli qərarla icraata başlanılmış, Qazax rayon Dövlət Notariat kontorunun 7E-594 saylı, 23 yanvar 2018-ci il tarixli icra qeydinə əsasən Şəxs 8250 (səkkiz min iki yüz əlli) manat pul alınaraq X3 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs cəmi borcu 83850 (səksən üç min səkkiz yüz əlli) manat təşkil edir. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədləri üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, pensiya, təqaüd və ya müavinət, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs 28 sentyabr 2017-ci il tarixli icra sənədi üzrə 58600 (əlli səkkiz min altı yüz) manat, 04 sentyabr 2020-ci il tarixli icra səbədi üzrə 18000 (on səkkiz min) və 23 yanvar 2018-ci il tarixli icra qeydinə əsasən 7250 (yeddi min iki yüz əlli) manat borcu vardır. Şəxs icra vərəqələri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda borclu Tərxan Mehdiyevin barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnamələri ilə borcları vardır. Borcundan bir qismini ödəsə də, maddi imkanının yaxşı olmamasından hamısını ödəyə bilmir. Hal-hazırda işsizdir. Bu səbəbdən borcunu birdəfəyə ödəmək imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-219/2017 nömrəli, 28 sentyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 70000 (yetmiş min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 08 oktyabr 2018-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-219 nömrəli, 28 sentyabr 2017-ci il tarixli icra sənədi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-219 nömrəli, 28 sentyabr 2018-ci il tarixli icra sənədini icra etməsi üçün borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2(023)-1077/2020 nömrəli, 04 sentyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 18000 (on səkkiz min)manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq tələbkar X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” 12 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1077/2020 nömrəli, 04 sentyabr 2020-ci il tarixli icra sənədi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-1077/2020 nömrəli, 04 sentyabr 2020-ci il tarixli icra sənədini icra etməsi üçün borclu Şəxs bildiriş təqdim edilmişdir. İş materiallarında olan Qazax rayon notariat kontorunun xüsusi notariusunun 7E-594 nömrəli, 23 yanvar 2018-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 8250 (səkkiz min iki yüz əlli) manat pul alınaraq X3 ödənilməlidir İş materiallarında olan “İcraata başlamaq haqqında” 19 fevral 2018-ci il tarixli qərardan görünür ki, Qazax rayon notariat kontorunun xüsusi notariusunun 7E-594 nömrəli, 23 yanvar 2018-ci il tarixli icra qeydi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qazax rayon notariat kontorunun xüsusi notariusunun 7E-594 nömrəli, 23 yanvar 2018-ci il tarixli icra qeydini icra etməsi üçün borclu Şəxs bildiriş təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələrini və notariusun icra qeydinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə , Qazax Rayon Məhkəməsinin 2(023)-219, 28 sentyabr 2017-ci il tarixli icra vərəqəsi və Qazax Rayon Məhkəməsinin 2(023)-1077/2020 nömrəli, 04 sentyabr 2020ci il tarixli icra vərəqəsinin, eyni zamanda Qazax rayon notariat kontorunun xüsusi notariusunun 7E-594 nömrəli, 23 yanvar 2018-ci il tarixli icra qeydinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 aprel 2023-cü il tarixdən saat 20:10-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-164/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-164/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver