Məhkəmə qərarları › İş №3(023)-169/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-169/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-169/2023 02.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 2005-ci ildə Lerik rayonu Osyodərə kəndində anadan olmuş, deməsinə görə əlilliyi olmayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lerik rayonu Osyodərə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş materialdan görünür ki, Şəxs 29 aprel 2023-cü il tarixdə, saat 23:10-da sürücülük hüququ olmadan idarə etdiyi “AUDİ AZ” markalı, 0004M001 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Qazax rayonu Ağköynək kəndi ərazisindən keçən 471-ci km-də hərəkətdə olan zaman manevr etmə qaydasını pozaraq qarşıdan gələn X1 idarə etdiyi “Mercedes-Benz-C200 CDİ minik” markalı, 99GM035 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və həmin avtomobilin sol yan hissəsindən vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisələrini törətmişdir. Buna görə də, Şəxs barəsində 01 may 2023-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında müdafiəçi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində tam təqsirli bilərək izahatında bildirmişdir ki, Lerik rayonu Osyodərə kəndində yaşayır. Heç bir yerdə işləmir. Bakı şəhərində Kollecdə oxuyur, tələbədir. 29 aprel 2023-cü il tarixdə Qazax şəhərinə toy mərasimi üçün gəlmişdir. Nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 29 aprel 2023-cü il tarixdə, təxminən saat 23:10 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Qazax rayonu Ağköynək kəndi ərazisindən keçən 471-ci km-də idarə etdiyi “AUDİ AZ” markalı, 0004M001 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman manevr etmə qaydasını pozmuş, qarşıdan gələn X1 idarə etdiyi “Mercedes-Benz” markalı, 99GM035 dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və həmin avtomobilin sol yan hissəsindən vurmuşdur. Nəticədə “Mercedes-Benz” markalı, 99GM035 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı “Mercedes-Benz” markalı, 99GM035 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan hələ ödənilməmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, 29 aprel 2023-cü il tarixdə, saat 23:10 radələrində özünə məxsus “Mercedes-Benz” markalı, 99GM035 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 471-ci kilometrliyində Bakı istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Şəxs idarə etdiyi AUDİ AZ” markalı, 0004M001 dövlət qeydiyyat nişanlı avtomobil manevr etmə qaydasını pozaraq onun yoluna çıxmış, o nə qədər avtomobilini sağa çəksədə ona məxsus avtomobili öz yolunda sol yan tərəfdən vurmuşdur. Hadisə zamanı onun avtomobilində Qurban adlı şəxs olmuş, onlar heç biri xəsarət almamış, lakin onun avtomobilinə 4617 manat məbləğdə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan hələ ödənilməmişdir. Hazırda inzibati xəta törətmiş Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq sonuncudan şikayətçi deyil. Lakin ona dəymiş ziyanın ödənilməsini tələb edərək, inzibati xəta törətmiş şəxs Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid oğliu izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. 29 aprel 2023-cü il tarixdə, saat 23:10 radələrində dostu Anara məxsus “Mercedes-Benz” markalı, 99GM035 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax yolunun 471-ci kilometrliyində sərnişin qismində Bakı istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn AUDİ AZ” markalı, 0004M001 dövlət qeydiyyat nişanlı avtomobil manevr etmə qaydasını pozaraq əks istiqamətə çıxaraq dostu Anara məxsus avtomobili sol arxa hissədən vurmuşdur. Hadisə zamanı heç biri xəsarət almamış, lakin Anarın avtomobilinə maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 aprel 2023-cü il tarixli yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “AUDİ AZ” markalı, 0004M001 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qeyd edilən inzibati xətaları törətmişdir. 30 aprel 2023-cü il tarixli, 89 saylı və həmin tarixli 88 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktlardan görünür ki, hər iki sürücü, yəni Şəxs və X4 30 aprel 2023-cü il tarixdə hadisə baş verən zaman ayıq olmuşlar. Qazax Rayon Polis Şöbəsinin verdiyi 01 may 2023-cü il tarixli, 53 saylı arayışdan görünür ki, DİN-nin X3 Lerik rayonu Osyodərə kənd sakini Şəxs sürücülük vəsiqəsi yoxdur. İşə əlavə edilmiş 01 may 2023-cü l tarixli, Qüsur aktından görünür ki, “Mercedes-Benz” markalı, 99GM035 dövlət qeydiyyat nişanlı avtomobilə 4617 manat maddi zərər dəymişdir. Eləcədə işə əlavə edilmiş diskdən görünür ki, “AUDİ AZ” markalı, 0004M001 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevr etmə qaydasını pozaraq əks istiqamətə çıxmış, qarşıdan gələn X1 idarə etdiyi “Mercedes-Benz” markalı, 99GM035 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edən şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı, zərərçəkmiş şəxs və şahidin məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs yetkinlik yaşına çatmamsı və səməmi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxs Şəxs yetkinlik yaşına çatmamasını və səməmi peşman olaraq törətdiyi əməli etiraf etməsini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 34.3, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın icrası Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar