Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-17/2024 17.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Sumqayıt şəhərindəAnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 17 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Qazax rayonu Xanlıqlar kəndində atası Abduləzim Omarovu döyərək fiziki zor tətbiq etmiş və Abduləzim Omarova dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmqla yaşayır. X4 onun atasıdır. 14 yanvar 2024cü il tarixdə, təxminən saat 02 radələrində evə gəlmiş və atası Abduləzim Omarovla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı atası Abduləzim Omarovu itələmiş, atası müvazinətini itirərək yıxılmışdır. Lakin atasını döyməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləməsədə dövlət tərəfindən ona verilən təqaüd hesabına öz maddi ehtiyaclarını qarşılayır. Şəxs onun oğludur. Şəxs son vaxtlar spirtli içki aludəçisi olub və hər dəfə içib sərxoş olduqdan sonra heç bir səbəb olmadan onunla mübahisə edir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində oğlu Şəxs şəxsi işlərini həll etmək üçün Tovuz rayonuna gedəcəyini bildirib siqaret almaq və taksiyə vermək üçün ondan pul istəmişdir. O Mehmana pulu olmadığını bildirdikdə sonuncu onunla mübahisə edərək onun sifətinə bir neçə dəfə sillə ilə vuraraq döyməyə başlamışdır. Bundan sonra Mehman həyat yoldaşının geyim əşyalarını götürüb satmaq üçün aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Mehman ona zəng edərək Tovuz rayonunda olduğunu, yol pulunun olmadığını, bu səbəbdən evə gələ bilmədiyini bildirərək, onun kart hesabına pul göndərməsini bildirmişdir. O əgər Mehmana pul göndərməsə evə gələndə yenə onu döyəcəyini fikirləşib onun kartına 15 manat pul göndərmişdir. Təxminən gecə saat 03:00 radələrində evə gəlib siqaretinin olmadığını bildirərək yenə ondan pul istəmişdir. O pulunun olmadığını dedikdə Mehman onunla mübahisə etmiş və onun bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə vurmuşdur. Bundan sonra evin giriş darvazasının üzərində olan armaturla onun sağ və sol ayaq nahiyələrinə vuraraq döyüb evdən getmişdir. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı olan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X7-Təcrübi və X8 Hüquqi Şəxsin verdiyi 15 yanvar 2024-cü il tarixli, 11 saylı rəyindən görünür ki, X2 bədənində müəyyən edilmiş xəsarət: Sol budun aşağı 1/3-nin yan səthinin qançırı, küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcsri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən verlən arayışdan görünür ki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF PHŞ-in 1 saylı X1 Qazax qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilmədiyini, atası Abduləzim Omarovu döymədiyini, sadəcə aralarında söz mübahisəsi olduğunu və mübahisə zamanı atasını itələdiyini, atasının yerə yıxılmasını göstərsə də zərərçəkmiş şəxs X4 məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs 14 yanvar 2024cü il tarixdə onu vuraraq xəsarət yetirdiyini qeyd etmişlər. Həm zərərçəkmiş şəxsin izahatı, həm məhkəmə-tibbi ekspertizasının rəyi, həm də məhkəmə tərəfindən işin araşdırılmış digər halları ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübut olunur. Ona görə də məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməməsini əsaslı hesab etmir və özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 14 yanvar 2024-cü il tarixdə Qazax rayonu Xanlıqlar kəndində mübahisə zəmnində atası X3 döyərək ona fiziki zor tətbiq etmiş və Abduləzim Omarova dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 01 gün müddət ona təyin ediləcək inzibati həbsdən çıxılmalı, üzərində qəti olaraq inzibati həbs saxlanılmalı və həbs etmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən, saat 19:20-dən hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 gün müddət ona təyin edilmiş 20 gün müddətə inzibati həbsdən çıxılsın, üzərində qəti olaraq 19 gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən, saat 19:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-17/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-17/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver