Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-175/2023 12.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü ildə Qazax rayonu Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qazax rayonu Qazaxbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qazax Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 12 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 mart 2023-cü il tarixdə, saat 11:00da Qazax rayonu Qazaxbəyli kəndində yaşadığı evdə qaynanası X3 fiziki zor tətbiq etməklə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, halhazırda rəsmi olaraq heç bir yerdə işləmir. Qazax rayonu Qazaxbəyli kəndində yaşayır. Şahid1 əri, X4 qaynanası, Şahid2 isə onun qaynatasıdır. O, Kamillə 2003-cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdur. Kamil ilə ailə həyati qurandan sonra onlar qayınatasıgillə birlikdə yaşamışlar. Onların əvvəllər münasibətləri normal olsada, son 2 ildir ki, müasibətləri pozulmuşdur. Mütamadi olaraq evlərində qaynanası və qaynatası ilə mübahisələri yaranır. Sonuncu dəfə 31 mart 2023-cü il tarixdə saat 11 radələrində baş vermişdir. Belə ki, 30 mart 2023-cü il tarixdə axşam saatlarında qaynatası Seymur əri Kamilə hamamın suyunu açıq qoyduğunu, suyun qonşunun qapısının qarşısına axıtdığını deyərək, ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman onların arasında mübahisə düşmüşdür. Daha sonra onlar öz otaqlarına getmişlər. Səhəri gün, yəni 31 mart 2023-cü il tarixdə, saat 09:30 radələrində qayınatası Seymura yaxınlaşaraq dünən niyə ona qarşı nalayiq ifadələr işlətdiyini demişdir. Seymur isə ona “yaxşı etdiyini, onu bezdirib evdən çıxaracağını” demişdir. Bu zaman əri Kamil evdən çıxmayacağını Seymura demişdir. Belə olan halda qaynatası Seymur mətbəxə keçərək əri Kamilə onları öldürəcəyini deyib, əlinə bıçaq alıb çölə çıxmaq istəmişdir. Bu zaman qaynanası Zeynəb Seymurun qarşısını kəsərək sonuncunun çölə çıxmasına mane olmuşdur. Daha sonra o, evdən çıxaraq Qazax şəhərinə yas mərasiminə getmişdir. Bir neçə saatdan sonra ona məlum olmuşdur ki, qaynanası Zeynəb onun barəsində Qazax RPŞ-nə şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, o qaynanası Zeynəbi döyməmiş, bıçaqla xəsarət yetirməmiş, Zeynəbin onun barəsində işlətdiyi sözlərin hamsı yalandır. Odur ki, barəsində olan inzibati iş üzrə icraaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, hal-hazırda işləmir. Lakin təqaüd alaraq maddi ehtiyaclarını qarşılayır. Şahid1 onun oğlu, Şəxs isə gəlinidir. Onların münasibətləri əvvəl yaxşı olsada sonralar pisləşmişdir. Oğlu Kamil və gəlini Kəmalə mütamadi olaraq evdə yersiz söz-söhbətlər yaradaraq mübahisə edirlər. Sonuncu dəfə 30 mart 2023-cü il tarixdə əri Seymur oğlu Kamilə hamamın suyunu açıq qoyduğunu, suyun qanşunun qapısının qarşısına axıtdığını irad bildirmişdir. Buna görə də, oğlu Kamil əri Semurla mübahisə etməyə başlamışdır. Bu zaman oğlu Kamil əri Seymura qarşı nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt o oğlu Kamilə bildirmişdir ki, həmin nəlayiq ifadələri arvadı Kəmaləyə qarşı işlətsin. Həmin vaxt gəlini Kəmalə onların yanına gələrək ona və əri Seymura qarşı nəlayiq ifadələr işıətməyə başlamış, anidən Kəmalə onun üzərinə kürək nahiyəsinə bir dəfə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və həmin vaxt Kəmalə mətbəxdə olan bıçağı götürüb üzərinə gələrək bıçaqla onun əlinə vurmuşdur. Seymur Kəmalənin əlindən bıçağı alıb, onu çölə çıxarmışdır. Daha sonra oğlu Kamil arvadı Kəmaləni öz yaşadığı otağa aparmışdır. Hazırda Şəxs şikayətçidir. Şəxs cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, təqaüd alaraq maddi ehtiyaclarını qarşılayır. Şahid1 onun oğlu, Şəxs Səhlədar qızı isə onun gəlinidir. Oğlu Kamil 2003-cü il tarixdə Kəmalə ilə rəsmi olaraq nigaha daxil olmuşdur. Onların nigahından 2 övladı dünyaya gəlmişdir. Kamil ailə həyatı qurduqdan sonra onlarla birlikdə yaşamağa başlamışdır. Onların əvvəllər münasibətləri normal olsada, son 2 ildir ki, münasibətləri korlanmışdır. Münaibətlərinin korlanmasına səbəb o, yeni traktor aldıqdan sonra qazandığı pulu guya ki, aparıb digər oğlu Nofələ verməyi olmuşdur. Bu məsələyə görə təxminən 2 ildir ki, aralarında müxtəlif vaxtlarda mübahisələr olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində baş vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə o, oğlu Kamilə hamamın suyunu açıq qoyduğunu suyun qonşunun qapısının qarşısına axıtdığını irad bildirmişdir. Buna görədə xx.xx.2023-cü il tarixdə səhər saat 11 radələrində oğlu Kamil yaşadığı evdə onunla söz mübahisəsi etməyə başlamışdır. Bu zaman Kamilin ona qarşı nəlayiq ifadələr işlətdiyini eşidən arvadı Zeynəb, Kamilə həmin sözləri gedib öz arvadına deməyini demişdir. Bu zaman Zeynəbin sözlərini eşidən Kəmalə onların yanına gələrək onlara qarşı nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt anidən gəlini Kəmalə arvadı Zeynəbin üzərinə gedərək Zeynəbin kürək nahiyyəsinə bir dəfə vurmuşdur. Zeynəb zərbənin təsirindən yerə yıxılan zaman, Kəmalə mətbəxdə olan bıçağı götürüb Zeynəbin üzərinə getmişdir. Həmin vaxt Kəmalə “ sən kimsən ki, mənim qızıma bu sözləri deyirsən” deyib, bıçağı arvadı Zeynəbin əlinə vurmuşdur. Kəmalənin əlində bıçaq olduğunu görən zaman o gəlib bıçağı Kəmalənin əlindən alıb, Kəmaləni evdən çölə çıxarmışdır. Daha sonra Kamil arvadı Kəmalənidə götürüb yaşadıqları otağa aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, halhazırda rəsmi olaraq Qazax rayon Daş Salahlı kəndində yerləşən “Arkoz” sement zavodda fəhlə vəzifəsində işləyərək maddi qazanc əldə edir. X4 anası, Şahid2 isə atasıdır. Şəxs Səhlədar qızı onun arvadıdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında atası Seymur ona hamamın suyunu açıq qoyduğunu suyun qonşunun qapısının qarşısına axtıdığını deyərək, arvadı Kəmaləyə qarşı nəlayiq ifadələr işlətmişdir. Bu məsələyə görə onların arasında söz mübahisəsi baş vermişdir. Daha sonra onlar ayrılıb öz qaldıqları otaqa getmişlər. Bu məsələyə görə xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində atası Seymura arvadı Kəmalə yaxınlaşaraq dünən niyə ona qarşı nalayiq ifadələr işlətdiyni demişdir. Seymur isə Kəmaləyə yaxşı elədiyini, onu bezdirib evdən çıxaracağını demişdir. Bundan sonra arvadı Kəmalə evdən çıxmayacaqlarını Seymura dedikdə onların aramızda mübahisə baş vermişdir. Daha sonra Seymur mətbəxə keçərək onları öldürəcəyini deyib, əlinə bıçaq alıb çölə çıxmaq istəmişdir. Bu zaman anası Zeynəb Seymurun qarşısını kəsərək onun çölə çıxmasına mane olmuşdur. Bu hadisədən sonra yaşadığı otağa daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X6-Təcrübi və X8 Hüquqi Şəxsin verdiyi 01 aprel 2023-cü il tarixli, 81 saylı rəyindən görünür ki, X2 bədənində müəyyən edilmiş xəsarətlər- sol əlin arxa səthinin tikişə ehtiyacı olmayan səthi kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023cü il tarixdə əmələ gələ birlərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Qazax RPŞ-ə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Prokurorluğunun 03 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən verilən 11 may 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF PHŞ-in 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və şahidlər izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni zərərçəkmiş şəxsin izahatı, Şahid2 izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 31 mart 2023-cü il tarixdə, saat 11:00-da Qazax rayonu Qazaxbəyli kəndində yaşadığı evdə qaynanası X3 fiziki zor tətbiq etməklə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməməsini özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yəni qadın olmasını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-175/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-175/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver