Məhkəmə qərarları › İş №3(023)-18/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-18/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-18/2024 17.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Qazax şəhəri Ə.Dilbazi küçəsində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa 17 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Qazax şəhəri Ə.Dilbazi küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 17 yanvar 2024-cü il tarixdə, saat təxminən 10 radələrində Qazax şəhəri Ə.Dilbazi küçəsində hərəkətdə olan zaman əsəbi olduğu ünvansız nəlayiq ifadə işlətmişdir. Həmin ərazidə məktəb var. Nəlayiq ifadə işlədən zaman məktəbin qarşısında olan qadınlar onun nəlayiq ifadə işlətməsini eşitmişlər. Bu zaman ərazidə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib nizam intizamlı olmasını, ictimai yerdə nəlayiq ifadə işlətməməsini ona bildirmişlər. Lakin o, əsəbi olduğu üçün nəlayiq ifadə işlətməyə davam etmişdir. Bu zaman polis əməkdaşları onu Qazax RPŞ-nə dəvət etmişlər. Lakin o, polis şöbəsinə getməkdən imtina etmişdir. Buna görə də, onu məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışdır. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Qazax RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı İlkin Alıyevlə birlikdə Qazax şəhəri Ə.Dilbazi küçəsində xidməti vəzifələrini yerinə yetirən zaman bir nəfər şəxsin ucadan ünvansız nəlayiq ifadə işlətdiyini görmüşlər. ünvan 4zidə yerləşdiyi üçün həmin yerdə tanımadıqları şəxslər olmuşdur. Dərhal nəlayiq ifadə işlədən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsi nizam intizama dəvət edərək ictimai yerdə nəlayiq ifadə işlətməməsini bildirmişlər. Lakin həmin şəxs onların sözünə məhəl qoymayaraq nəlayiq ifadə işlətməyə davam etmişdir. Bu zaman həmin şəxsi Qazax RPŞ-nə dəvət etmişlər. Lakin həmin şəxs polis şönbəsinə getməkdən imtina etmiş, onlara qarşı əl-qol hərəkəti edərək tabesizlik göstərmişdir. Buna görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞnə aparmışlar. Qazax RPŞ-də həmin şəxsin Qazax şəhə sakini Şəxs olması onlara məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X7 izahatında digər şahid X3 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 10:50-də inzibati qaydada tutulmuş və 17 yanvar 2024-cü ildə saat 16:00-da azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 verdiyi 17 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X1 heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etiraf edici izahatı, şahidlərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Qazax şəhəri Ə.Dilbazi küçəsində ucadan ünvansız nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məauliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli, inzibati qaydada tutulduğu 01 gün müddət ona təyin ediləcək inzibati həbsdən çıxılmalı, həbs etmənin əvvəli 17 yanvar 2024cü il tarixdən, saat 19:40-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 gün müddət ona təyin edilmiş 10 (on) gün müddətə inzibati həbsdən çıxılsın, üzərində qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs saxlanılsın. Həbs etmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən, saat 19:40-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar