Məhkəmə qərarları › İş №3(023)-181/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-181/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-181/2023 30.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxx 2000-ci ildə Qazax rayonu İkinci Şıxlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu İkinci Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 26 avqust 2022-ci il tarixdə saat 14:25 radələrində «KİA PRİDE MİNİK» markalı, 10ED283 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan xx.xx.2022-ci il tarixli, EQ 11117092 nömrəli inzibati tənbeh verilmə haqqında elektron qərarla səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 10 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimə qərarının üzərinə 6 (altı) manat dəbbə pulu əlavə olunaraq cərimənin məbləği 16 (on altı) manat təşkil etmişdir. Şəxs 16 (on altı) manat cəriməni 3 ay müddətinə ödəmədiyindən 02 may 2023-cü il tarixdə İXP ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan cərimə cəzasını maddi imkanı zəif olduğu üçün ödəyə bilməmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda barəsində olan cərimə cəzasını tam olaraq ödəmişdir. Ona görə də, inzibati məsuliyyətdən azad olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 26 avqust 2022ci il tarixli EQ 11117092 nömrəli inzibati tənbeh verilməsi haqqında elektron qərardan müəyyən olunur ki, Şəxs 26 avqust 2022-ci il tarixdə, saat 14:25 radələrində «KİA PRİDE MİNİK» markalı, 10ED283 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan EQ 11117092 nömrəli qərarla səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 10 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. İş materiallarında olan 30 may 2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, EQ 11117092 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə Şəxs tərəfindən 10 manat cərimə məbləği və ona hesablanmış 6 manat dəbbə pulu, yəni ümumilikdə 16 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində olan cərimə cəzasını tam ödədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar