Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-183/2025 10.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Şikayət verən şəxs X6 və nümayəndəsi X8, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 nümayəndəsi X2 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X11 Xidməti X7 tərəfindən barəsində vəzifəli şəxs qismində xx.xx.2025-ci il tarixli M\T ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, qərar qanunsuzdur, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir və ləğv edilməlidir. Belə ki, inzibati orqan Məcəllənin qaydalarına zidd olaraq, dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edərək inzibati tənbehvermə haqqında qərar qəbul etsə də, inzibati xəta haqqında elektron protokol və elektron qərar qəbul etməyib. Buna görə də mzibati orqanın hərəkətləri və bildirişləri barədə zamanında məlumatlı olmaq mümkün olmamışdır. X11 Xidməti X3 xx.xx.2025-ci il tarixli, 3-17-5/2-O-4822/2025 saylı məktubu ilə ona müəssisədə işləyən 10 nəfər işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmalı olduğu bildirdimişdir. Lakin kağız daşıyıcıda göndərilmiş həmin məktub ona gec çatmışdır. Məktubu aldıqdan dərhal sonra xx.xx.2025-ci il tarixdə həmin işçilərin barəsində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından AH********** saylı icbari sığorta müqaviləsi bağlamışlar. Bundan sonra xx.xx.2025-ci ildə X11 Xidmətinin X7 tərəfindən göndərilmiş məktubla xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol qəbul edildiyini öyrənmişdir. 17.02.25-ci tarixdə həmin protokola əsasən inzibati xəta haqqında işə baxılan zaman artıq işçilərin sığortalandığını bildirdi və sığorta müqaviləsini təqdim etmişdir. Lakin bu nəzərə alınmadı və barəsində elektron vasitələrlə aşkar edilmiş inzibati xətanın aparılması qaydalarını pozaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildi. Odur ki, Azərbaycan Respublikası X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X10 və nümayəndəsi çıxışlarında X17 şikayət ərizəsində göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 nümayəndəsi X5 çıxışında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" AR Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə X10 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması barədə X9 bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 məktubundan görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X9 göndərilmişdir. xx.xx.2025-ci il tarixli, AH********** saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, X10 ilə "xxxx" Sığorta şirkəti ASCilə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 əmək müfəttişi X5 tərəfindən X10 barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən və şöbənin rəisi X4 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində imperativ qaydada nəzərdə tutulan tələblərə riayət edilməmiş və kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-3-cü maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 496.2-ci, 477-1.1.2ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən: 127-4.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakı məlumatlar göstərilir: 127-4.3.1.qərarın çıxarıldığı tarix və vaxt; 127-4.3.2. inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 127-4.3.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar; 127-4.3.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi);[ 127-4.3.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 127-4.3.6. inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar; 127-4.3.7. inzibati tənbeh vermə haqqında elektron qərardan bu Məcəllənin 127-6.1ci maddəsinə uyğun olaraq şikayətin verilməsi müddəti və qaydası 127-4.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 127-5.1. Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir; 127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə bu Məcəllənin 127-5.1.1 – 127-5.1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onların əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda da göstərilmişdir ki, Azərbaycan Respublikası ƏM-nin 225-ci maddəsinə əsasən X10 tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Təhlil Alt sistemi üzərindən alt sisteminin təhlilləri nəticəsində aşkar edilmişdir. Qeyd olunan hüquqi mövqeni hazırki işin müəyyən olunmuş faktiki halları ilə uzlaşdırdıqda müəyyən olunur ki, inzibati xəta alt sisteminin təhlilləri nəticəsində aşkar edilsə də, inzibati xəta haqqında protokol tərtib edən və inzibati tənbeh vermə haqqında qaərar qəbul edən vəzifəli şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin imperativ tələblərinə riayət edilməmişdir. X10 barəsində real vaxt rejimində elektron protokol tərtib edilməmiş və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmamışdır. Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinin tələbindən aşkar görünür ki, bu maddənin təsir dairəsi inzibati xətanın yalnız Azərbaycan Respublikası ƏƏSMN-nin X1 sistemi ilə deyil, digər informasiya sistemlərinin vasitəsi ilə aşkar edilməsi hallarınada şamil edilir. Bütün alt sistemləridə X1 Sisteminin tərkib hissəsi kimi qəbul edilir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamənin 2-ci bəndində “Sənəd dövriyyəsi” “Əmək və məşğulluq”, “Ünvanlı yardım” (VEMTAS), “Sosial ödənişlər”, “Əlillik” (TSERAS) Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə”, “Sığorta”, “Dövlət icbari şəxsi sığorta”, “Monitorinq”, “Pensiya”, “Çağrı”, “Tapşırıqlar", “Vətəndaşların qəbulu” “Sanatoriya-kurort” mərkəzi, “Sovqat”, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə”, “Zəfər” altsistemlərinin və “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının X1 Sisteminin strukturuna daxil olduğu göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, qərarla İnzibati Xətalar Məcəlləsinin 496.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası X11 Xidmətinin X3 rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* tarixli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X3 rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-183/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-183/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver