Məhkəmə qərarları › İş №3(023)-186/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-186/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-186/2025 17.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, xx.xx.1989-cu il tarixdə Yevlax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonun Malbinəsi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsində tərtib olunmuş material baxılması üçün 03 mart 2025ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində 3-33/1-011118/2025 nömrəli material üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlamətləri olduğundan material ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-011118/2025 nömrəli material üzrə qəbul edilmiş 19 fevral 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs əldə etdiyi az miqdarda, yəni ümumilikdə 560 manat dəyərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişan ilə nişanlanmamış 70 qutu “X1” və 10 qutu “Parliament Platinium” markalı aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “MAN” markalı, 77HJ184/99ZG145 dövlət nömrə nişanlı yük-nəqliyat vasitənin kabinasının divar örtüyünün arxasında yerləşdirməklə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gizlədərək keçirmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinə gömrük yoxlaması haqqında protokoldan görünür ki, 3-33/1-011118/2025 nömrəli material üzrə qəbul edilmiş 19 fevral 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs əldə etdiyi az miqdarda, yəni ümumilikdə 560 manat dəyərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlama ilə nişanlanmalı olan, lakin belə nişan ilə nişanlanmamış 70 qutu “X1” və 10 qutu “Parliament Platinium” markalı aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “MAN” markalı, 77HJ184/99ZG145 dövlət nömrə nişanlı yük-nəqliyat vasitənin kabinasının divar örtüyünün arxasında yerləşdirməklə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gizlədərək keçirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 7/2002-9/10199 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 70 qutu “X1” markalı siqaretin ümumi qiyməti 490 manat, 10 qutu “Parliament Platinium” markalı siqaretin ümumi qiyməti 70 manat, olmaqla ümumi tütün məlumatlarının xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 560 manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində “MAN” markalı, 77HJ184/99ZG145 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, ““MAN” markalı, 77HJ184/99ZG145 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, 70 qutu “X1” və 10 qutu “Parliament Platinium” markalı siqaretlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, 70 qutu “X1” və 10 qutu “Parliament Platinium” markalı siqaretlər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar