Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-188/2024 30.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, X3 tərəfindən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20892549 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2024-cü il tarixli, EQ 20892549 saylı inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuşdur. X3 həmin qərardan şikayət vermişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasayev tərəfindən əsassız olaraq İXM-nin 327.2-ci maddəsinin tələbini pozmasına dair protokol tərtib edilmişdir. Lakin heç bir qayda pozuntusuna yol vermədiyini bildirərək protokola etiraz edir. Polis isə qayda pozuntusunun kameraya düşdüyünü, video görüntüsünün olduğunu bildirir. Lakin həmin görüntüləri ona göstərməmiş və ya göstərə bilməmişdir. Bunun nəticəsində o, 80 manat cərimə edilərək cəzalandırılmışdır. Polis əməkdaşının onu və idarə etdiyi avtomobili çəkməsi əsassız olmaqla onların TŞ kameralarından götürülən video və foto görüntülərin çəkməsi əsassızdır. Onun sola və geriyə dönmə maneviri tələləbinin pozması ilə əlaqədar heç bir video görüntü yoxdur. Ona görə də barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 20892549 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara şikayət təmin edilməməlidir. Belə ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2024-cü il tarixli EQ 20892549 saylı inzibati tənbeh vermə haqqında qərarla və təqdim edilmiş fotoşəkillərlə sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasayev tərəfindən xx.xx.2024-cü il tarixli EQ 20892549 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “QAZ 31105” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 xx.xx.2024-cü il tarixdə saat 10:13:52-də “Gəncə şəhər H.Əliyev prospekti Maxi Marketin qarşısında” 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədiyinə görə Azərbaycan Respublikası 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəməyə qərarın ləğv olunması üçün X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli EQ 20892549 saylı inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2024-cü il tarixdə saat 10:13:52-də “1.3” üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmişdir. İnzibati tənbeh vermə haqqında qərar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X1 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 20892549 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-188/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-188/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver