Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-19/2024 31.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1962-ci il tarixdə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 23 dekabr 2023-cü il tarixdə, saat 17:30 radələrində Qazax-Dəmirçilər yolunun Qazax rayonu, Xanlıqlar kəndi ərazisindən keçən hissəsində Şəxs etbarnamə əsasında idarə etdiyi oğlu X4 məxsus “VAZ 21214” minik markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşı hərəkət zolağına çıxmış və qarşı zolaqda hərəkətdə olan “Qaz 31105” minik markalı 10NA625 dövlər qeydiyyat nişanlı avtomobillə tpqquşmuşdur. Hadisə nəticəsində Qazax rayon Daş Salahlı kənd sakini Zərərçəkmiş şəxs xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Qazax rayonu Daş Salahlı ləndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. X1 VAZ 21214 minik markalı 99MJ529 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Zərərçəkmiş şəxs onun gəlinidir. 23 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində gəlini ilə birlikdə gəlinin atası gilə gedən zaman etibarnamə əsasında idarə etdiyi VAZ 21214 minik markalı, 99MJ529 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax-Dəmirçilər yolunun Qazax şəhəri istiqamətində hərəkətdə olan zaman yol kənarında olan ağaclardan birinin budağının qırılaraq yola düşdüyünü görmüşdür. Avtomobil budağa dəyməsin deyə sol tərəfə çəkmişdir. Bu zaman qarşıdan gələn avtomobil onun avtomobilini vurmuşdur. Bu zaman idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən gəlini Zərərçəkmiş şəxs xəsarət almışdır. Ona görə də, Zərərçəkmiş şəxs dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbləri yoxdur. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Daş salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Şəxs onun qaynatasıdır. 23 dekabr 2023-cü il tarixdə qaynatası Şəxslə birlikdə atasıgilə gedən zaman sonuncunun idarə etdiyi VAZ 21214 minik markalı, 99MJ529 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. Avtomobillə hərəkətdə olan zaman qaynatası Şəxs yolda ağac parçasını görmüş və avtomobili yolun soluna çəkmişdir. Bu zaman qarşıdan gələn avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Hazırda Şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, Şəxslə barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs və X2 əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 dekabr 2023-cü il tarixli 411 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ göz bucağının tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sağ yanaq, başın sol təpə nahiyəsinin, alının sağ tərəfinin, sol bazunun yuxarı 1/3-nin yan səthinin sıyrıqları və sol sarğı nahiyəsinin qançırı, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 23 dekabr 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına AF801548 saylı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, onunla barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, iş üzrə məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-19/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-19/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver