Məhkəmə qərarları › İş №3(023)-190/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-190/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-190/2023 15.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və X1 iştirakları, ilə 26 aprel 1974-cü ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Türkiyə Respublikası İsgenderun şəhəri, Yıldırım Təpə mahellesi 381 sokak N3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 26 aprel 2023-cü il tarixdə saat 22:20 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 350 (üç yüz əlli) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu “Parliament night blue 100 s” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 20 (iyirmi) qutu üzərində “Marlboro touch one” yazıları olan siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi 15 may 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, 26 aprel 2023-cü il tarixdə Qərb Ərazi baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Əməliyyat şöbəsinin, baş əməliyyat müvəkkili gömrük xidməti leytenantı X4 hal şahidləri X5 və X2 iştirakları ilə tərtib etdiyi malların yoxlanılması haqqında protokoldan müəyyən edilir ki, 26 aprel 2023-cü il tarixdə, saat 22:20 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “RENAULT” markalı 34LR3589/34DYK760 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş yoxlama zamanı həmin avtomobilin dartıcısındakı yataq yerinin üzərindəki şəxsi geyim əşyalarının altından 20 qutu Marlboro touch blue markalı, nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən 30 qutu Parliament night blue markalı gömrük orqanına bəyan olunmayan siqaretlər aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2023-cü il tarixli, 9/3191 saylı rəydən görünür ki, 1 (bir) qutu aksiz markası olmayan parlament night blue 100 s markalı siqaret 7 (yeddi) manat və 1 (bir) qutu aksiz markası olmayan Marlboro touch one markalı siqaret 7 (yeddi) manatdır. Həmin siqaretlərin xx.xx.2023-cü il tarixə ümumlikdə orta bazar qiyməti 350 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “RENAULT” markalı 34LR3589/34DYK760 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “RENAULT” markalı 34LR3589/34DYK760 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 350 (üç yüz əlli) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu “Parliament night blue 100 s” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 20 (iyirmi) qutu üzərində “Marlboro touch one” yazıları olan siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 350 (üç yüz əlli) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu “Parliament night blue 100 s” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 20 (iyirmi) qutu üzərində “Marlboro touch one” yazıları olan siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar