Məhkəmə qərarları › İş №3(023)-191/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-191/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-191/2024 31.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, xx.xx.1969-cu ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sürücü, Oğuz rayonu Yaqublu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 09 aprel 2024-cü il tarixdə, saat 15:25 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən Tovuz Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 910 (doqquz yüz on) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 20 (iyirmi) qutu aksiz markası olmayan “X5”, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 10 (on) qutu aksiz markası olmayan “X7” markalı siqaretləri və 3 (üç) ədəd bağlamanın hər birində 200 (iki yüz) ədəd, 2 (iki) ədəd bağlamanın hər birində 150 (bir yüz əlli) ədəd, 1 (bir) ədəd bağlamada 100 (bir yüz) ədəd olmaqla, cəmi 6 (altı) ədəd bağlamada 1.000 (bir min) ədəd bərk predmetlərin (mərmər, qranit, kafel, metlax və sair) kəsilməsində istifadə edilən metal başlıqları gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 20 may 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 09 aprel 2024-cü il tarixdə X1 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun müfəttişi X4 və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru X2 iştirakı ilə tərtib etdiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi “DAF” markalı, **-BF-*** nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığı bildirmiş, bundan sonra keçirilmiş baxış zamanı “DAF” markalı, **-BF- *** nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının üst hissəsində gömrük nəzarətindən gizlədilmiş 20 (iyirmi) qutu üzərində “X5” və 10 (on) qutu üzərində “X7” yazıları olan siqaretə bənzər predmetlər və 3 (üç) ədəd bağlamanın hər birində 200 (iki yüz) ədəd, 2 (iki) ədəd bağlamanın hər birində 150 (bir yüz əlli) ədəd, 1 (bir) ədəd bağlamada 100 (bir yüz) ədəd olmaqla, cəmi 6 (altı) ədəd bağlamada 1.000 (bir min) ədəd olmaqla təyinatı bəlli olmayan metala bənzər predmet aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2024-cü il tarixli, 3-16-16/2-7/620-9/3067 nömrəli rəyindən görünür ki, ekspertiza təhqiqatına təqdim edilmiş “X5” və “X7” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveç istehsalı olan filtrli siqaretlərin 1 qutusunun xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 7,00 manat, 30 qutusu ümumilikdə təxminən 210,00 manat və 3 (üç) ədəd bağlamanın hər birində 200 (iki yüz) ədəd, 2 (iki) ədəd bağlamanın hər birində 150 (bir yüz əlli) ədəd, 1 (bir) ədəd bağlamada 100 (bir yüz) ədəd olmaqla, cəmi 6 (altı) ədəd bağlamada 1.000 (bir min) ədəd bərk predmetlərin (mərmər, qranit, kafel, metlax və sair) kəsilməsində istifadə edilən metal başlığın xx.xx.2024-cü il tarixdə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 700 manat (1000 ədəd x 0,70 manat) müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 910 (doqquz yüz on) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 20 (iyirmi) qutu aksiz markası olmayan “X5”, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 10 (on) qutu aksiz markası olmayan “X7” markalı siqaretləri və 3 (üç) ədəd bağlamanın hər birində 200 (iki yüz) ədəd, 2 (iki) ədəd bağlamanın hər birində 150 (bir yüz əlli) ədəd, 1 (bir) ədəd bağlamada 100 (bir yüz) ədəd olmaqla, cəmi 6 (altı) ədəd bağlamada 1.000 (bir min) ədəd bərk predmetlərin (mərmər, qranit, kafel, metlax və sair) kəsilməsində istifadə edilən metal başlıqlar müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 910 (doqquz yüz on) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 20 (iyirmi) qutu aksiz markası olmayan “X5”, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 10 (on) qutu aksiz markası olmayan “X7” markalı siqaretləri və 3 (üç) ədəd bağlamanın hər birində 200 (iki yüz) ədəd, 2 (iki) ədəd bağlamanın hər birində 150 (bir yüz əlli) ədəd, 1 (bir) ədəd bağlamada 100 (bir yüz) ədəd olmaqla, cəmi 6 (altı) ədəd bağlamada 1.000 (bir min) ədəd bərk predmetlərin (mərmər, qranit, kafel, metlax və sair) kəsilməsində istifadə edilən metal başlıqlar müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar