Məhkəmə qərarları › İş №3(023)-192/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-192/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-192/2023 31.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Fəxri Afiq oğlu Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Nicat Namiq oğlu Mehtixanovun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21 aprel 2023-cü il tarixdə saat 04:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 7470 (yeddi min dörd yüz yetmiş) manat təşkil edən, 1 (bir) ədədinin qiyməti 90 (doğsan) manat olmaqla 83 (səksən üç) ədəd qadın saçlarını (saçların çoxaldılması üçün şinyon) gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi 16 may 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq QƏBGİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı kəndində yaşayır. 21 aprel 2023-cü il tarixdə, saat 04:00-da idarə etdiyi “Mercedes-Benz” markalı, 77FL578/99ZG378 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə QƏBGİ-nin X7 postundan keçən zaman 11.5 kiloqram çəkidə 83 dəstə saça bənzər predmetləri gömrük nəzarətindən gizlin keçirmək istəmiş, lakin gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül həddə cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan, 21 aprel 2023-cü il tarixdə X1-İqtisad şöbəsinin Qərb Ərazi baş Gömrük İdarəsi “Qırmızı Körpü” gömrük postuna təhkim olunmuiş inspektoru X5 hal şahidləri X2 və X3 iştirakları ilə tərtib etdiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, 21 aprel 2023-cü il tarixdə, saat 04:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “Mercedes-Benz” markalı, 77FL578/99ZG378 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş yoxlama zamanı həmin nəqliyyat vasitəsinin dartıcısının sol cib hissəsində gömrük nəzarətindən gizlədilmiş 2 (iki) ədəd, sağ cib hissəsində 1 (bir) ədəd, salonunda geyim əşyalarının alt hissəsindən 2 (iki) ədəd, salonun üst cibindən 2 (iki) ədəd, salonun aşağı alt hissəsində yerləşən cibdən 2 (iki) ədəd olmaqla ümumlikdə 11.5 (on bir kiloqram beş yüz qram) kiloqram çəkidə 83 (səksən üç) dəstə saça bənzər predmetlər aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2023-cü il tarixli, 9/3194 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 11,50 kiloqram olan, cəmi 83 ədəd qadın saçlarının (saçların çoxaldılması üçün şinyon) 1 ədədinin xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 90 manat, 83 ədədi 7470,00 manat müəyyən edilir. Təqdim edilmiş qadın saçlarının istifadəyə yaralılığının və təbii saç hesab olunması müəyyən edilməsi ekspert əmtəəşünasın səlahiyyətinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünü etiraf edici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “Mercedes-Benz” markalı, 77FL578/99ZG378 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “Mercedes-Benz” markalı, 77FL578/99ZG378 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, Şəxs təqsirli bilindiyi maddənin sanksyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 7470 (yeddi min dörd yüz yetmiş) manat təşkil edən, 1 (bir) ədədinin qiyməti 90 (doğsan) manat olmaqla 83 (səksən üç) ədəd qadın saçlarını (saçların çoxaldılması üçün şinyon) dəyərinin qırx faizi məbləğində cərimə tətbiq edilməli, müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra saxlanılan mallar Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 7470 (yeddi min dörd yüz yetmiş) manat təşkil edən, 1 (bir) ədədinin qiyməti 90 (doxsan) manat olmaqla 83 (səksən üç) ədəd qadın saçlarını (saçların çoxaldılması üçün şinyon) dəyərinin 40 faizi məbləğində, yəni 2988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğdə cərimə edilsin. Müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra ümumi dəyəri 7470 (yeddi min dörd yüz yetmiş) manat təşkil edən, 1 (bir) ədədinin qiyməti 90 (doxsan) manat olmaqla 83 (səksən üç) ədəd qadın saçlarını (saçların çoxaldılması üçün şinyon) Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar