Məhkəmə qərarları › İş №3(023)-194/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-194/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-194/2023 19.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Başı şəhəri, Yamal rayonu, Vasif Əliyev küçəsi ev 148 ünvanında qeydiyyatda olmaqla Qazax rayonu, Xanlıqlar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material 19 may 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş 19 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 06 radələrində yaşadıqları Qazax şəhəri, 2 saylı hərbi şəhərcikdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 06 radələrində yaşadıqları Qazax şəhəri, 2 saylı hərbi şəhərcikdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Əvvəllər Günayla münsibətləri normal olsa da, son zamanlar münasibətləri kəskin olaraq pisləşmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə Qazax şəhəri, 2 saylı hərbi şəhərcikdə yaşamışdır. Lakin münasibətləri pisləşdiyindən təxminən 14-15 aprel 2023-cü il tarixdə yaşadıqları evdən çıxmış hazırda da, onunla birlikdə yaşamır. 16 aprel 2023-cü il tarixdə Qazax şəhəri, 2 saylı hərbi şəhərcikdə olmamış və Zərərçəkmiş şəxs görməmişdir. Günayın göstərdikləri xüsusatlar hamısı şər və böhtan xarakterlidir. Göstərdiyi halları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, 16 aprel 2023-cü il tarixdə həyat yoldaşı Şəxs onu döymüşdür. Belə ki, Nurdaqla ailə həyatı qurduqdan sonra ona məxsus Qazax şəhəri, 2 saylı hərbi şəhərcikdə evdə yaşamışlar. 16 aprel 2023-cü il tarixdə Nurfaqla münasibətləri pisləşmiş, sonuncu ilkin növbədə təpiklə onun qarnına, daha sonra əli ilə qoluna və başına zərbələr endirmişdir. Hadisə zamanı anası Şahid evdə olmuş və Nurfaqın onu vurmasını görmüşdür. Odur ki, Şəxs şikayətçidir və barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs və qızının əri Şəxs Qazax şəhəri, 2 saylı hərbi şəhərcikdə qızı Günaya məxsus evdə yaşamışlar. O, Bakı şəhərində yaşasa da, təxminən 2023-cü ilin aprel ayının əvvəlləridən qızına məxsus evə qonaq gəlmişdir. 16 aprel 2023-cü il tarixdə təxminən 06:00 radələrində Nurfaq ilə qızı Günay arasında mübahisə yaranmış, mübahisə zamanı Nurfaq qızı Günayı göymüşdür. Belə ki, Nurfaq ilk öncə təpik ilə Günayın qarın nahiyəsinə vurmuş, daha sonra əli ilə qolu və başına zərbə yetirmişdir. Həmin zaman Günay xəsarətlər almışdır. İş materiallarında olan 16 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin vermiş olduğu 19 aprel 2023-cü il tarixli 98 nömrəli ekspert rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarət – Başın təpə nahiyəsinin, sol bazunun bayır səthinin və qarının ön divarının qançırı, küt əşyanın təsirindən törəmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, şahid və zərərçəkmiş şəxsinlərin ifadələri və iş üzrə toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin xarakterini və dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar