Məhkəmə qərarları › İş №3(023)-203/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-203/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-203/2023 23.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, Qazax RPŞ-nin İTB-nin sahə rəisi X4 və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 23 may 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 23 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. 23 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində ictimai qaydanı pozaraq nəlayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində küçədə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında yaşayır. 23 may 2023-cü il tarixdə, saat 10 radələrində Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında ictimai yerdə şəxsi problemlərinə görə əsəbləşərək nəlayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu nizam intizama dəvət edərək ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirmişlər. Lakin o əsəbi olduğu üçün polisin sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu zaman polis əməkdaşları onu Qazax Rayon Polis Şöbəsinə dəvət etmişlər. Lakin o polis şöbəsinə getməkdən imtin edərək tabesizlik göstərmişdir. Belə olan halda onu məcburi qaydada Qazax Rayon Polis Şöbəsinə aparmışlar. Törətdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin İTB-nin sahə polis nəfəri X2 izahatında bildirdi ki, 23 may 2023-cü il tarixdə, saat 10 radələrində Qazax RPŞnin İTB-nin polis nəfərləri X5 və X6 ilə Qazax şəhəri, Heydər Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan nəlayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib ictimai yerdə nəlayiq ifadələr işlətməməsini, nizam intizamlı olmasını bildirmişlər. Lakin həmin şəxs onların sözünə məhəl qoymayaraq öz hərəkətlərini, yəni nəlayiq ifadələr işlətməsini davam etdirmişdir. Bu zaman həmin şəxsi Qazax RPŞ-nə dəvət etmişlər. Həmin şəxs polis şöbəsinə getməyəcəyini deyərək ərazidən uzaqlaşmaq istəmişdir. Belə olan halda həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Rayon polis şöbəsində həmin şəxsin Ağstafa şəhər sakini Şəxs olmasını bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X5 izahatlarında digər şahid X2 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X1 verdiyi 23 may 2023-cü il tarixli, 3-17-1/2- 114405/2023 saylı arayışdan görünür ki, Şəxs üçüncü dərəcə əlilliyə sosial müavinət alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 may 2023-cü il tarixdə, saat 10:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi özünü etiraf edici izahatı, şahid izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qazax şəhəri Heydər Əliyev propektində ictimai qaydanı pozaraq nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və üçüncü dərəcə əlil olmasını iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsulliyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə mövcud sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 may 2023-cü il tarixdən saat 10:40-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar