Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-204/2023 05.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs vəkili Vəkil iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Türkiyə Cumhuriyyətində doğulmuş, Türkiyə Cumhuriyyətinin vətəndaşı, evli, orta təhsilli, sürücü, X1 şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qərb Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 23 may 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, 01 may 2023-cü il tarixdə saat 06:30 radələrində Türkiyədən Azərbaycan Respublikasına «Mercedes Benz» markalı, 08K7449/08ABF922 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn 15 sentyabr 1970-ci il təvəllüdlü Türkiyə Cumhuriyyətinin vətəndaşı Şəxs ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olubolmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmişdir. Gömrük baxışı zamanı Şəxs idarə etdiyi «Mercedes-Benz» markalı, 08K7449/08ABF922 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının içərisində yerləşən yataqda yasdığın və əl çantasının içərisində gömrük nəzarətindən gizlədilmiş üzərində “X2” yazısı olan ümumilikdə 70 (yetmiş) qutu siqaret aşkar olunmuşdur. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında Şəxs vəkili Vəkil izahat verərək bildirmişdir ki, barəsində inzibati icraat üzrə icrat aparılan şəxs törətdiyi əmələ görə peşmandır. O dur ki, aşkar edilmiş malların müsadirə edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, 01 may 2023-ci il tarixli “malların yoxlanılması haqqında” protokoldan müəyyən edilir ki, 15 sentyabr 1970-ci il təvəllüdlü Türkiyə Cumhuriyyətinin vətəndaşı Şəxs idarə etdiyi etdiyi «Mercedes-Benz» markalı, 08K7449/08ABF922 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının içərisində yerləşən yataqda yasdığın və əl çantasının içərisində gömrük nəzarətindən gizlədilmiş üzərində “X2” yazısı olan ümumilikdə 70 (yetmiş) qutu siqaret aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 08 may 2023-cü il tarixli 9/3260 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş “X2” markalı siqaretin bir qutusunun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 7,00 manat, 70 qutusunun qiyməti isə 490,00 manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə «Mercedes-Benz» markalı, 08K7449/08ABF922 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «Mercedes-Benz» markalı, 08K7449/08ABF922 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. . Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 (altı yüz otuz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla üzərində “X2” yazısı olan 90 (doxsan) qutu siqaretlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 490 (dörd yüz doxsan) manat təşkil edən, üzərində “X2” yazısı olan 70 (doxsan) qutu siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-204/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-204/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver