Məhkəmə qərarları › İş №3(023)-205/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-205/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-205/2023 05.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə xx xxxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Naxçıvan Muxtar Respublikası Culfa, Yaycı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 03 may 2023-cü il tarixdə, saat 13:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 393,40 (üç yüz doğsan üç manat qırx qəpik) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 40 (qırx) qutu “Marlboro touch gray” markalı siqaretlər və 1 (bir) ədədinin qiyməti 3,15 (üç manat on beş qəpik) manat olmaqla 36 (otuz altı) ədəd üzərində “Redbull” yazısı olan enerji içkisini gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi 22 may 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 03 may 2023-cü il tarixdə Qərb Ərazi baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Əməliyyat şöbəsinin, baş əməliyyat müvəkkili gömrük xidməti polkovnik-leytenantı X1 mərkəzin təlimçi kinoloqu X8, hal şahidləri X4 və X2 iştirakları ilə tərtib etdiyi malların yoxlanılması haqqında protokoldan müəyyən edilir ki, 03 may 2023-cü il tarixdə, saat 13:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “MERCEDES-BENZ ” markalı 77FR872/99ZF172 dövlət qeydiyyat nişanlı avtomobilə “Arçi” ləqəbli xidməti iti nəqliyyat vasitəsinə tətbiq etmiş və tətbiq nəticəsində xidməti it həmin nəqliyyat vasitəsinin dartıcısına reaksiya vermişdir. Bundan sonra həmin nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmiş və nəqliyyat vasitəsinin dartıcısında şübhəli cizgilər qeydə alınmışdır. Nəqliyyat vasitəsinin dartıcısında olan həmin hissəyə baxış zamanı nəqliyyat vasitəsinin dartıcısında yataq yerinin arxa hissəsindən 40 qutu “Marlboro Touch” markalı siqaret və 36 ədəd üzərində “Redbull” yazısı olan enerjetik içkçi aşkar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/3395 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələrə əsasən 2 adda malların xx.xx.2023-cü il tarixə olan ümumlikdə orta bazar qiyməti təxminən 393.40 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “MERCEDES-BENZ ” markalı 77FR872/99ZF172 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “MERCEDES-BENZ” markalı 77FR872/99ZF172 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 393,40 (üç yüz doğsan üç manat qırx qəpik) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 40 (qırx) qutu “Marlboro touch gray” markalı siqaretlər və 1 (bir) ədədinin qiyməti 3,15 (üç manat on beş qəpik) manat olmaqla 36 (otuz altı) ədəd üzərində “Redbull” yazısı olan enerji içkisi müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 393,40 (üç yüz doğsan üç manat qırx qəpik) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 40 (qırx) qutu “Marlboro touch gray” markalı siqaretlər və 1 (bir) ədədinin qiyməti 3,15 (üç manat on beş qəpik) manat olmaqla 36 (otuz altı) ədəd üzərində “Redbull” yazısı olan enerji içkisi müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar