Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-21/2024 23.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs X4 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, 04 avqust 1994-cü ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 23 yanvar 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində X3 fiziki zor tətbiq edərək döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində olan inzibati xəta haqqında material 23 yanvar 2024-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs izahatında bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində yaşayır. 06 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində heyvanlarını otararkən Aşağı Salahlı kənd sakini X1 ərazisində heyvan otarmasını ona irad kimi bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı əli ilə Tapdıq İsmayılovu vurmuş və Tapdıq İsmayılov xəsarət almışdır. Əlavə olaraq bildirmişdir ki, hazırda Tapdıq İsmayılovla barışmışdır. Tapdığın ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Qazax rayonu Aşağı Salahlı kəndində yaşayır. 06 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində heyvan otaran Daş Salahlı kənd sakini Şəxs ərazidə heyvan otarmasını ona irad kimi bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs əlində olan ağac parçası ilə onu vurmuş, boğazından tutaraq sıxmaqla ona fiziki ağrılar yetirmişdir. Həmin zərbələrdən o xəsarət almışdır. Baş vermiş hadisə ilə əlaqədar hazırda Şəxs ilə barışmışdır. Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış HK-1/35 və 46 saylı ilkin araşdırma materiallarında əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində təsbit olunan “Döymə” inzibati xəta əməlini törədən Qazax rayon Daş Salahlı kənd sakini Şəxs və Aşağı Salahlı kənd sakini X2 barələrində inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının verdiyi 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialından heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 04 saylı rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarətlər: Boyunun sağ və sol tərəfinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə verərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirərək Şəxs barəsində olan inzibati iş üzrə ictaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş həmin ərizələr barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X5 tərəfindən şəxsən imza edilmişdir. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X5 ilə razılığa gəlmiş, sonuncunun hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs X2 barışmalarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlərə əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-21/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-21/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver