Məhkəmə qərarları › İş №3(023)-21/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-21/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-21/2025 21.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X qızının katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1985-cü ildə Qazax rayonu, Orta Salahlı kəndi anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu, Orta Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(104)- 324/2024 nömrəli icra sənədinə əsasən 24396 manat pulun alınaraq tələbkara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024cü il tarixli, 2(104)-324/2024 nömrəli icra sənədi 21 oktyabr 2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(104)-324/2024 nömrəli icra sənədinə əsasən 24396 manat pul tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmişdir. Lakin borclu Şəxs yenədə icra sənədinin icrasına laqeydlik göstərərək icra etməmişdir. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzrsüz səbəbdən boyun qaçırır. Tələbkar isə icra sənədinin icrasını israrla tələb edir. Hazırda borclu Şəxs icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs icra sənədində göstərilən 24396 manat pul borcu vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(104)-324/2024 nömrəli qətnaməsi üzrə yaranmış borcunu inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı çatmır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(104)-324/2024 nömrəli qətnaməsi üzrə yaranmış borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu ödəniş edə bilməyəcəyi təqdirdə barəsində həbs qərarı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(104)-324/2024 nömrəli icra sənədinə əsasən Şəxs adına qeydə alınmış, Qazax rayonu, Orta salahlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində tərəflərin nikah dövründə birgə vəsaitləri hesabına inşa edilmiş, hazırda cavabdehin yaşadığı və istifadəsində olan fərdi yaşayış evinin və yardımçı sahələrin tikilməsinə xərclənmiş 35871,0 manat xərcin yarısını təşkil edən 17935,5 (on yeddi min doqquz yüz otuz beş manat əlli qəpik) manat pul Şəxs alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilməsi, Şəxs birgə nikah dövründə əldə edilmiş 3 baş inək və 3 baş danadan ibarət 6 (altı) baş iri buynuzlu mal-qaranın ½ hissəsi, özləri olmadıqda isə onların dəyərinin yarısını təşkil edən 3.150 (üç min yüz əlli) manat pul alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilsi, Şəxs 900 manat dəyərində 585 əyyarlı, çəkisi 10 qram olan qızıl sırğa-üzük dəsti, 1360 manat dəyərində 585 əyyarlı, çəkisi 16 qram olan qızıl boyunbağı-klon dəsti, 1 ədəd 585 əyyarlı, 540 manat dəyərində çəkisi 6 qram olan qızıl qolbağı, 260 manat dəyərində 585 əyyarlı, çəkisi 3 qram olan qızıl üzük, 300 manat dəyərində 585 əyyarlı, çəkisi 3,5 qram olan qızıl üzükdən ibarət qızılzinət əşyaları, həmin əşyaların özləri olmadıqda isə onların ümumi dəyəri 3.360 (üç min üç yüz altmış) manat pul alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilsi, Şəxs 163,34 (bir yüz altmış üç manat 34 qəpik) manat dövlət rüsumu və 25 (iyirmi beş) manat mediasiya xərci alınıb Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına verilsi, iddia qalan hissədə təmin edilməməsi, Şəxs məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab:AZ34CTRE********************) ödənilsi qət edilmiş, Cavabdeh Şəxs nümayəndəsi (vəkil) X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş Şəxs birgə nikah dövründə əldə edilmiş 2 baş inək və 1 baş dana naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan 3100 manat pul alınaraq Nəsibova (Qocayeva) Gülarə Bəziryan qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(104)-324/2024 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 21 yanvar 2025-ci il tarixdən saat 15:45-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddət inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 yanvar 2025-ci il tarixdən saat 15:45-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar