Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-214/2023 31.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material 31 may 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 31 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qazax rayonu Hüseynbəyli kənd İcra nümayəndəsi Şahid1 qarşı nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki Şəxs xx.xx.2023-cü il tarixdə Qazax rayonu Hüseynbəyli kənd İcra nümayəndəsi Şahid1 qarşı nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qazax rayonu Hüseynbəyli kəndində yaşayır. 30 may 2023-cü il tarixdə sərxoş halda Hüseynbəyli kənd icra nümayəndəliyinin qarşısından keçən zaman icra nümayəndəsi Şahid1 görmüş və heç bir səbəb olmadan əsəbi və sərxoş olduğu üçün icra nümayəndəsi Şahid1 qarşı nəlayiq ifadələr işlətmişdir. Bu zaman Şahid1 Qazax RPŞ-nə məlumat vermiş, polis şöbəsindən onun mobil telefonuna zəng gəlmiş və onu Qazax RPŞnə dəvət etmişlər. O isə öz şəxsi avtomobili ilə polis şöbəsinə gedəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Hüseynbəyli kənd sahə rəisi Əfqan İsmayılov onun yanına gələrək onu Qazax RPŞ-nə aparmaq istəmişdir. O isə sahə rəisi Əfqan İsmayılova bildirmişdir ki, polis şöbəsinə öz şəxsi avtomobili ilə gedəcəkdir. X4 öz maşını ilə polis şöbəsinə getməsinə razı olmamış, buna görə də, o sahə rəisi Əfqan İsmayılovun avtomobili ilə Qazax Rayon Polis Şöbəsinə gəlmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, o, Qazax RİHB-nın Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. Həmin kəntdə yaşayır. 30 may 2023-cü il tarixdə, saat təxminən 12 radələrində Hüseynbəyli kənd İcra nümayəndəliyinin inzibati binasının qarşısında öz avtomobilini saxlayaraq yerə düşən zaman kənd sakini Şəxs onun ünvanına heç bir səbəb olmadan nəlayiq ifadələr işlətmişdir. Bu zaman o, Şəxs yaxınlaşaraq nəlayiq ifadə işlətməməsini bildirmişdir. Lakin Şəxs sərxoş halda olduğu üçün öz hərəkətlərini davam etdirərək onun ünvanına nəlayiq ifadələr işlətməyə davam etmişdir. Ona görə də, bu barədə akt tərtib etmiş və Qazax RPŞ-nə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahat verərək bildirmişdir ki, Qazax RİHB-nın Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Qazax rayon Hüseynbəyli kənd sakini Şəxs 30 may 2023-cü il tarixdə, saat təxminən 12 radələrində icra nümayəndəliyinin inzibati binasının qarşısında sərxoş halda kənd icra nümayəndəsi Şahid1 qarşı heç bir əsas olmadan nəlayiq ifadələr işlətmişdir. Kənd icra nümayəndəsi Şahid1, o və orada olan digər şəxslər Şəxs sakitləşdirməyə çalşmış və nəlayiq ifadə işlətməməsini ona demişlər. Lakin Şəxs onların sözünə məhəl qoymayaraq nəlayiq ifadə işlətməyə davam etmişdir. Ona görə də bu barədə akt tərtib edilmiş və o da aktı imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında digər Şahid3 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 31 may 2023-cü il tarixli MN ******* inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qazax rayonu Hüseynbəyli kənd İcra nümayəndəsi Şahid1 qarşı nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs zəng edərək onu Qazax RPŞ-nə dəvət etmişlər. O isə öz şəxsi avtomobili ilə polis şöbəsinə gedəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Hüseynbəyli kənd sahə rəisi Əfqan İsmayılov onun yanına gələrək onu Qazax RPŞ-nə aparmaq istəmişdir. O isə sahə rəisi Əfqan İsmayılova bildirmişdir ki, polis şöbəsinə öz şəxsi avtomobili ilə gedəcəkdir. X4 öz maşını ilə polis şöbəsinə getməsinə razı olmamış, buna görə də, o sahə rəisi Əfqan İsmayılovun avtomobili ilə Qazax Rayon Polis Şöbəsinə gəlmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırlarkən Şəxs polis əməkdaşı-Qazax RPŞmnin İTB-nin sahə rəisi X1 qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai polisin “qanuni tələbi”nə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa, iş materiallarında olan 30 may 2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qazax rayonu Hüseynbəyli kənd İcra nümayəndəsi Şahid1 qarşı nəlayiq ifadələr işlətmiş və ictimai qaydanı pozmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 30 may 2023-cü il tarixdə saat 16:59-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 30 may 2023cü il tarixli 161/2020 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinəsi zamanı onun yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 verdiyi 31 may 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF PHŞ 1 saylı X8 Filialın Qazax rayon qəbul şöbəsindən hər ay İİİ qrup əlilliyə görə 150 manat sosial müavinət alır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı şahidin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması və İİİ qrup əlil olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallardır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs təyin edilmiş cəzadan onun inzibati qaydada tutulduğu 01 (bir) gün müddət çıxılaraq o, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 31 may 2023-cü il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-214/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-214/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver