Məhkəmə qərarları › İş №3(023)-214/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-214/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-214/2024 28.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Şikayət vermiş şəxs X3 , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin 27 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından X3 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin 27 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 1700 (min yeddi yüz) manat məbləğində cərimə edilmişdir. X1 tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, O, Qazax şəhəri Səməd Vurğun adına tam orta məktəbin direktor əvəzi kimi rəhbər olaraq Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməmişdir. X4 ilə hüquqi şəxs arasında müddətli əmək müqaviləsi olmuşdur və həmin müqavilə onunla deyil, məktəbin sabiq direktoru ilə S.Alməmmədova tərəfindən bağlanmışdır. Müddətli əmək müqaviləsi bir il müddətində bağlanmış və müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən xitam verilməsi barədə əmr verilmişdir. S.Alməmmədova xəstəliyi ilə bağlı həmin vaxt işdə olmdığı üçün sonuncuya əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı telefonla məlumat verilmişdir. O, həmin vaxt Bakı şəhərində olmuşdur. Bunu o özüdə təsdiq edir. S.Alməmmədova ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti axrıncı haq-hesabın hesablanması üçün Qazax-Tovuz regional təhsil idarəsini Qazax rayon təhsil sektorunun mühasibatlına göndərilmişdir. S.Alməmmədovaya son haqq-hesab hesablanıb verilmişdir. Hesablama zamanı hər hansı bir yanlışlığa yol verilməsi onun məsuliyyətində deyil. Qərar qəbul edən şəxs DƏMX Qazax-Tovuz regional şöbəsinin 27 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolunu təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Könül Kərimova Azərbaycan Respublikasının İXM-nin 192.6cı maddəsi ilə təqsirli bilinərək 1700 (min yeddi yüz) manat məbləğdə cərimə edilmişdir. Odur ki, Könül Kərimovanın şikayəti əsassızdır. Ona görə də, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin 27 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Tovuz regional Ərazi şöbəsinin MN ******* №-li, 27 may 2024-cü il tarixli qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1700 manat inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbi üzrə 82 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, şikayət verimiş şəxs X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin MN ******* №-li, 27 may 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv olunması və xitam verilməsi üçün heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, X7 müddətli əmək müqaviləsinin müddətinin qurtardığı gün yəni 14 iyun 2023-cü il tarixdə X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verən zaman sonuncu xəstəliyi ilə bağlı Bakı şəhərində olmaqla, həmin tarixdə işdə olmamışdır. X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin tələblərini pozmaqla qanunsuz olaraq əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X7 barəsində qəbul edilmiş qərar qanunidir, ləğv və xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin MN ******* №-li, 27 may 2024-cü il tarixli inzibati tənbeh etmənin şərti olaraq tətbiq edilməsi haqqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar