Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-22/2024 15.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ X13 Musayevin sədrliyi, Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Şikayət vermiş şəxs X4 və Qazax Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi (protokol tərtib etmiş şəxs) baş inspektor X9 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPBnin 22 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından X3 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPBnin 22 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPB-nin 22 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Qazax RPŞ-nin DYPB-nin əməkdaşları X6 və X8 barələrində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikası DİN-nə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X5 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayır. İdarə etdiyi 77KA035 dövlət qeydiyyat nişanlı “BMW 520D” markalı avtomobilli 22 dekabr 2023cü il tarixdə saat 23:55 radələrində Qazax şəhəri H.Əliyev prospektində idarə edərkən Qazax RPŞ-nin, Yol Patrul Xidmətinə məxsus 99YP144 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən 2 nəfər polis əməkdaşı ona DYP-nə məxsus 99YP144 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sayrışan işıqlarını yandıraraq saxla komandası vermiş, o da, idarə etdiyi avtomobili yolun sağ hissəsində saxlamışdır. Bundan sonra hər iki polis əməkdaşı idarə etdikləri DYP-nə məxsus 99YP144 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşməyərək ona özlərini təqdim etmədən, onların idarə etdiyi avtomobilə minməsini bildirmişlər. O da, polis əməkdaşlarının əmrinə tabe olub onların idarə etdiyi DYP-nə məxsus 99YP144 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə minmişdir. Onların idarə etdiyi avtomobilə minəndə içkili olub-olmamasını soruşmuşlar, o da, içki içmədiyini bildirmişdir. Lakin polis əməkdaşları ona içkili olduğunu, cərimə yazmamaları üçün 300 manat pul verməsini, bu qədər bahalı avtomobilinin olduğunu, ona maddi imkanının çatdığını bildirirərək pul tələb etmişlər. Bu zaman o içkili olmadığını, həmin pulu verməyə maddi imkanının olmadığını bildirmişdir. O, polis əməkdaşlarına onu həkim müayinəsindən keçirmələrini tələb etsədə onlar həkim müayinəsindən keçirməmişlər. Polis əməkdaşları onu DYP-nə məxsus 99YP144 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Qazax şəhəri ərazisində gecə saat 2-dək Qazax şəhəri H.Əliyev prospekti, S.Vurğun küçəsi, Qazax rayonu Stadionun yanında gəzdirərək əvvəl 300 manat, daha sonra 250 manat, daha sonra isə 200 manat pul tələb etmişlər. O polis əməkdaşlarının tələb etdiyi pulu vermədikdə ona məxsus 77KA035 dövlət qeydiyyat nişanlı “BMW 520D” markalı avtomobilli Qazax rayon Polis şöbəsinin həyətinə aparaq, boş bir kağıza avtomobildə heç bir dəyərli əşya olmamasına dair boş kağıza imza etdirmişlər. Rayon polis şöbəsinə çatana kimi əllərində olan alkotestr adlanan aparatla yoxladılar və içkili olmadığı göstərildikdə, aparatın işləmədiyini bildirdilər. Səhəri, yəni, 23 dekabr 2023-cü il tarixdə o həkim Nahidə soyadını bilmədiyi narkoloqa müraciət etmişdir ki, onun içkili olmaması barədə arayış alsın, həkim ona bildirdi ki, “hara istəyirsən get mən sənə o arayışı verməyəcəm”. Daha sonra bir nəfər tanışı Qazax Rayon Polis şöbəsində olan zaman ona məxsus avtomobili həmin şəxsə təqdim etmişlər. xx.xx.2023-ü il tarixdə saat 10:08 radələrində ona smsradar vasitəsi ilə İXP5916552 nömrəli protokol gəlmişdir. Polis əməkdaşları onu xx.xx.2023-cü il tarixdə gecə saat 23:55 radələrində saxlamış, gecə 01:00 radələrində Qazax rayon Polis şöbəsinə daxil olmuşlar. Bu barədə Qazax rayon Polis şöbəsinin video kameraları və Qazax şəhəri Heydər Əliyev prospekti Maliyyə idarəsndən başlayaraq N saylı hərbi hissəyə qədər olan obyektlərin kameralarında polislərin onu saxlama anı öz əksini tapır. DYP-nə məxsus 99YP144 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən polis əməkdaşları özlərini ona təqdim etmədyindən həmin vaxt onların kim olduğunu bilməmişdir, sonradan məlum olmuşdur ki, onu saxlayan Qazax rayon Polis şöbəsini YPX-də operator vəzifəsində işləyən Sənan və Qazax rayon Polis şöbəsinin YPX-nin inspektoru polis zabiti soyadını bilmədiyi Aslan adlı şəxsdir. Hesab edir ki, həmin polis əməkdaşlarının hərəktləri qanunsuzdur, özbaşnalıqdır. Qazax RPŞ-nə apararaq həkim müayinəsindən keçirilmədən, içkili olub-olmadığını aydınlaşdırmadan onu buraxmışlar. O da, içkili olmadığı üçün yaşadığı ünvana getmişdir. Səhəri gün şəxsi istifadəsində olan mobil telefonuna sms gəlmişdir ki, guya o həmin gün içkili olub və barəsində qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq onu da qeyd edir ki, həmin vaxt içkili olmamış, onun içkili olmağını təsdiq edəcək heç bir sübut yoxdur. Həmçinin inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Lakin həmin inzibati xəta haqqında protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, həmin inzibati xəta haqqında protokol ona təqdim edilməmiş, inzibati xəta haqqında protokolun “barəsində inzibati icraat aparılan şəxsin izahatı” hissəsində onun izahatı göstərilməmiş, həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlər protokolda göstərilməmiş, onun tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsi 22 dekabr 2023-cü il tarixdə baş versə də, inzibati xəta haqqında protokol həmin gün deyil, səhəri gün, yəni 23 dekabr 2023-cü il tarixdə tərtib edilmişdir. Həmin protokol 22 dekabr 2023-cü il tarixdə tərtib edilmiş olsaydı, protokol dərhal ona təqdim edilərdi. Qazax RPŞ-nin DYPB-nin əməkdaşlarının onun barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol ona məlum olmayan (əgər varsa) sübutlar, qanuna zidd yollarla alınmışdır. Odur ki, qeyd edilən halları nəzərə alaraq Qazax RPŞ-nin DYPB-nin onun barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qanun pozuntusuna yol vermiş Qazax RPŞ-nin DYPB-nin əməkdaşları Aslan və Sənan adlı şəxslərin barələrində xüsusi qərar çıxarılması, həmçinin həmin qərarın icra edilməsi üçün Azərbaycan Respublikası DİN-nə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş protokol tərtib etmiş Qazax RPŞ-nin DYPB-nin YPXnin baş inspektoru, polis baş leytenantı X14 izahatında bildirmişdir ki, 22 dekabr 2023-cü il tarixdə Qazax RPŞ-nin DYP-nin inspektoru Teymur Bənnayevlə növbədə olan zaman Qazax şəhəri ərazisində 77KA035 dövlət qeydiyyat nişanlı “BMW 520D” markalı nəqliyyat vasitəsinin işıqlarında problem olduğu üçün həmin avtomobilə saxla işarəsi vermişlər. Həmin vaxt Qazax RPŞ-nin DYPB-nin operatoru Sənan İsgəndərovda xidməti avtomobildə olmuşdur. Bu zaman həmin şəxs avtomobili saxlamış, bu zaman inspektoru Teymur Bənnayev həmin avtomobilin sürücüsünə yaxınlaşaraq özünü təqdim edib, avtomobilin sənədlərini tələb etmişdir. Həmin vaxt inspektoru xidməti avtomobilə tərəf gələrək ona bildirmişdir ki, sürücü sərxoşdu. Bu zaman o da xidmətoi avtomobildən düşmüş və sürücüyə yaxınlaşmış və içkili olub-olmadığını soruşmuşdur. Sürücü pivə içdiyini bildirmişdir. Onlar həmin avtomobili duracağa aparma istəyən zaman sürücü onlara bildirmişdir ki, dostu polis əməkdaşıdır, onunla danışsın. Sürücü polis əməkdaşı kimi təqdim etdiyi şəxslə o danışmış və sürücünün içkili olmasını, avtomobilin duracağa yerləşdiriləcəyini və sürücü haqqında qanunamüvafiq təbdir görüləcəyini bildirmişdir. Ona görə də sürücü alkotestr cihazı vasitəsi ilə yoxlanılmış və içkili olduğu müəyyən edilmişdir. Ona görə də, sürücü Qazax RPŞ-nə aparılmış və avtomobil duracağa yerləşdirilmişdir. Lakin sürücü həkim müayinəsindən keçirilməmişdir. Qazax RPŞ-də avtomobil duracağa yerləşdirilmiş, avtomobildə qisməti əşyanın olub-olmaması ilə bağlı akt tərtib edilmiş, sürücü aktı imzalamış, içkili olması ilə bağlı izahatı alınmış, izahatında içkili olmasını etiraf etmiş və izahata imza atmışdır. Sürücünün barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol sürücüyə təqdim edilmiş, daha sonra sürücü Qazax RPŞ-dən buraxılmışdır. Həmçinin sürücü X3 izahatında və ərizəsində göstərdiyi xüsusatlar yalandır, ona qarşı şər böhtandır. Ona görə də, Bəkir Haqverdiyev tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin DYPB-nin operatoru X6 izahatında protokol tərtib etmiş Qazax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı X14 ilə eyni məzmunlu izahat verərək Aslan Hacıyevin izahatını təsdiq etmişdir. Məhkəmə şikayət vermiş şəxsin, protokol tərtib etmiş şəxsin izahatını, şahid izahatını dinləyib, şikayətin dəlillərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin məhkəməyə göndərdiyi iş materialları ilə əlaqəli surətdə araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPB-nin 22 yanvar 2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPB-nin 22 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4-cü bəndində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə qeyd edir ki, Qazax Rayon Polis X2 barəsində toplanmış material məhkəmə tərəfindən tədqiq edilən zaman müəyyən edilmişdir ki, X5 22 dekabr 2023-cü il tarixdə ayıq olmuşdur. Belə ki, Qazax RPŞ-si tərəfindən məhkəməyə göndərilən alkotestr cihazının yoxlama testindən görünür ki, X5 həmin tarixdə alkotestr cihazı vasitəsi ilə yoxlanılmış, Bəkir Haqverdiyevin alkoqol dərəcəsi 0.00 % göstərilmişdir. Bu da nəticə etibarı ilə Bəkir Haqverdiyevin sərxoş halda olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi, səlahiyyətli orqan, yəni Qazax Rayon Polis Şöbəsi tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan zaman yuxarıda qeyd edilən normalar nəzərə alınmamış, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla səthi araşdırma aparılmış, əldə edilmiş sübutlar qanuna zidd vasitələrlə əldə edilmiş, şəxsin təqsirliliyini sübuta yetirəcək hər hansı mötəbər dəlil əldə edilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirliliyini sübuta yetirəcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Səlahiyyətli orqan yalnız alkotestr cihazının müainəsi testini iş materiallarına əlavə etmiş, həmin alkotestr cihazının müainə testi məhkəmə tərəfindən öyrənilərkən şəxsin sərxoş vəziyyətdə olmadığı müəyyən edilmişdir. Göründüyü kimi Məhkəmə tərəfindən iş materialları araşdırılarkən Bəkir Haqverdiyevin Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmədə öz təsdiqini tapmamış və mötəbər sübutların məcmusu ilə sübuta yetməmişdir. Məhkəmə Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq qeyd edir ki, Bəkir Haqverdiyevin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Bəkir Haqverdiyevin Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa Qazax Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 22 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, Bəkir Haqverdiyev tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsi ilə bağlı tərtib edilmiş protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş mötəbər sübutlar həmin protokolda göstərilməmişdir. Nəzərə alsaq ki, inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Lakin həmin inzibati xəta haqqında protokol tərtib edilərkən Bəkir Haqverdiyevin iştirakı təmin edilməmiş, həmin inzibati xəta haqqında protokol ona təqdim edilməmiş, inzibati xəta haqqında protokolun “barəsində inzibati icraat aparılan şəxsin izahatı” hissəsində onun izahatı göstərilməmiş, həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlər protokolda göstərilməmiş, protokolun “inzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar” hissəsində heç bir məlumat göstərilməmiş, inzibati xəta haqqında protokolun “barəsində inzibati icraat aparılan şəxsə təqdim edilməsi hissədə Bəkir Haqverdiyev imza ataraq protokolun surəti almamış və ya şəxs protokolu almaqdan imtina etmişdirsə bununla bağlı yazılı qeyd protokolda göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi X3 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi heç bir sübutla təsdiq edilməyən mülahizədir ki, həmin mülahizələrə görə də şəxsin təqsirli bilinməsinə yol verilmir. Lakin Qazax RPŞ-si DYPB-si tərəfindən yuxarıda göstərilən hallar nəzərə alınmadan əsassız olaraq xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, X3 şikayəti təmin edilməli, səlahiyyətli orqan, yəni Qazax RPŞ-nin DYPB-si tərəfindən hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədən səthi araşdırma aparıldığından, şəxsin qeyd edilən maddə ilə təqsirli olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, şəxsin qeyd edilən maddə ilə təqsirli olması sübuta yetmədiyindən, Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməli, Qazax RPŞ-nin DYPB-nin əməkdaşları X6 və X8 barələrində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikası DİN-nə göndərilməsi hissədə şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPBnin X3 barəsində qəbul etdiyi 22 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-22/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-22/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver