Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-228/2023 20.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə 02 mart 1965-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Türkiyə Respublikası İsgenderun şəhəri, Arsusgözgüllər məhəlləsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 14 may 2023-cü il tarixdə, saat 15:20 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu “Marlboro Touch one” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu üzərində “Marlboro edge” yazıları olan siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi 06 iyun 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 14 may 2023-cü il tarixdə Qərb Ərazi baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Əməliyyat şöbəsinin, baş əməliyyat müvəkkili gömrük xidməti leytenantı X2 Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin instruktor kinoloqu gömrük xidməti baş giziri X3, hal şahidləri X4 və X1 iştirakları ilə tərtib etdiyi malların yoxlanılması haqqında protokoldan müəyyən edilir ki, 14 may 2023-cü il tarixdə, saat 15:20 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “MERCEDES-BENZ ” markalı 31AİD35/31AİD36 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş yoxlama zamanı həmin avtomobilin dartıcısındakı sağ oturacağın altından 30 (otuz) qutu “Marlboro touch one” markalı, nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən 30 (otuz) qutu “Marlboro edge” markalı gömrük orqanına bəyan olunmayan siqaretlər aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 may 2023-cü il tarixli, 9/3869 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siqaretlərin ümumlikdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 420,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “MERCEDES-BENZ ” markalı 31AİD35/31AİD36 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “MERCEDES-BENZ ” markalı 31AİD35/31AİD36 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu “Marlboro Touch one” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu üzərində “Marlboro edge” yazıları olan siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu “Marlboro Touch one” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 30 (otuz) qutu üzərində “Marlboro edge” yazıları olan siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-228/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-228/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver