Məhkəmə qərarları › İş №3(023)-23/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-23/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-23/2024 23.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Şikayət vermiş şəxs Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X8 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından barəsində inzibati icraat aparılan şəxs Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X4 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X9 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, Qazax rayonu Daş salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 07 yanvar 2024-cü il tarixli qərar əsassızdır. Belə ki, qərar qəbul edilən zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, qərəzli şəkildə qərar qəbul edilmişdir. Konkret olaraq hansı qanunun və qərarların tələblərini yerinə yetirməməsi həmin qərarda göstərilməmişdir. Bundan başqa qərar Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun tərtib edilməmiş, qərar qəbul edilərkən gəldiyi nəticəyə uyğun hallar sübut edilə bilməmiş, qərar qəbul edilən zaman Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsini rəhbər tutlaraq qərar qəbul edilmişdir. Bu da inzibati pozuntudur. Belə ki, qərar qəbul edilərkən rəhbər tutlacaq maddə ona verilən məsuliyyətlə eyni ola bilməz. Həmçinin inzibati xəta haqqında protokolda ona hüquq və vəzifələri izah edilməmiş, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa qərardan göstərilmişdir ki, guya o xx.xx.2023-cü il tarixli Məcburi göstərişin tələblərinə əməl etməmişdir. Bununla bağlı qeyd edir ki, Qazax şəhər Kommunal Müəssisələri Kombinatı mütamadi olaraq zibilləri Qazax rayonu Ağköynək kəndində yerləşən zibil poliqonunda çeşidləyirlər. Həmin poliqonun ərazisi 2 hektardır. Həmin ərazi Qazax RİHB-nın müvafiq sərəncamı ilə qazılıb və çəpərlənmişdir. Həmin poliqonda aşkar olunmuş nöqsanlarla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsi tərəfindən onlara məcburi göstəriş gəlmiş və həmin göstəriş əsasında onlar dərhal əraziyə baxış keçirməklə göstərişdə göstərilən nöqsanları aradan qaldırmışlar. Həmçinin Qazax Şəhər X1 01 may 2023-cü il tarixli, 5-58-25/14/2- 33A/2023 saylı əmri ilə Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində zibil dolduran fəhlə X2 xx.xx.2023-cü il tarixdən Kombinata məxsus Ağköynək kəndində yerləşən zibil poliqonunun təmizliyi, ərazidə baş verə biləcək yanğın təhlükələrinin zamanında müdriyyətə və aidiyyatı olan yerlərə bildirilməsi məqsədi ilə poliqona nəzarət ona tapşırılmışdır. Yəni poliqonda aşkar olunacaq hər hansı nöqsana cavabdeh şəxs bir başa Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində zibil dolduran fəhlə X3r. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iş üzrə araşdırma aparılan zaman bu hallar araşdırılmamış, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş və barəsində qeyd edilən protokol tərtib edilmiş və həmin protokol əsasında da qeyd edilən əsassız qərar qəbul edilmişdir. Bu halları nəzərə alaraq barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə məsləhətçi vəzifəsində işləyir. Qazax rayon Kəmərli kənd sakini Məzahir Əliyevin şikayəti əsasında İdarənin əməkdaşları tərəfindən Qazax rayon Ağköynək kəndində yerləşən zibil tullantılarının çeşidləndiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı zibillərin düzgün çeşidlənməməsi, qalaqlanmaması və həmin ərazinin çəpərlənmədiyi müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və Qazax Şəhər Kommunal Müəssisələri Kombinatına həmin nöqsanlarla bağlı məcburi göstəriş göndərilmişdir. Lakin məcburi göstəriş Qazax Şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən icra edilmədiyinə görə müəssisənin rəisi X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılmış və Tahir Hüseynlinin barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X13 tərəfindən verilmiş şikayət əsassızdır, ona görə də, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin digər nümayəndəsi İdarənin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçisimüfəttiş Nümayəndə1 izahatında Nümayəndə2 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmiş və Tahir Hüseynli tərəfindən verilmiş şikayət əsassızdır, ona görə də, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxs X11, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Nümayəndə2, Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qazax şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X4 barəsində qəbul etdiyi 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən araşdırılmış iş materiallarından və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Səlahiyyətli orqanın nümayəndələri məhkəmə iclasında izahatlarında bildirmişlər ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qazax rayon Ağköynək kəndində yerləşən zibil tullantılarının çeşidləndiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı zibillərin düzgün çeşidlənməməsi, qalaqlanmaması və həmin ərazinin çəpərlənmədiyi müəyyən edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və Qazax Şəhər Kommunal Müəssisələri Kombinatına həmin nöqsanlarla bağlı məcburi göstəriş göndərilmişdir. Lakin məcburi göstəriş Qazax Şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən icra edilmədiyinə görə müəssisənin rəisi X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılmış və Tahir Hüseynlinin barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qazax rayon Ağköynək kəndində yerləşən zibil tullantılarının çeşidləndiyi əraziyə baxış keçirilən zaman aşkar edilmiş nöqsanlarla bağlı akt tərtib edilərək Qazax Şəhər Kommunal Müəssisələri Kombinatına həmin nöqsanlarla bağlı məcburi göstəriş göndərilmiş, Qazax Şəhər Kommunal Müəssisələri Kombinatına 7 gün vaxt verilmişdir ki, həmin nöqsanlar aradan qaldırılsın. Lakin həmin 7 gün müddət bitdikdən sonra səlahiyyətli orqan tərəfindən həmin əraziyə baxış keçirilərək həmin nöqsanların aradan qaldırılmaması yerində yoxlanılmış və məcburi göstərişin icra olunmadığı müəyyən edilmişdir. Nəzərə alsaq ki, şikayət vermiş şəxs Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X9 məhkəmədə verdiyi izahatında Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının 01 may 2023-cü il tarixli, 5-58-25/14/2-33A/2023 saylı əmri ilə Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində zibil dolduran fəhlə X2 xx.xx.2023-cü il tarixdən Kombinata məxsus Ağköynək kəndində yerləşən zibil poliqonunun təmizliyi, ərazidə baş verə biləcək yanğın təhlükələrinin zamanında müdriyyətə və aidiyyatı olan yerlərə bildirilməsi məqsədi ilə poliqona nəzarətin təmizlik şöbəsində zibil dolduran fəhlə X2 tapşırıldığını, yəni poliqonda aşkar olunacaq hər hansı nöqsana cavabdeh şəxs bir başa Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində zibil dolduran fəhlə X6 olmasını bildirmişdir. Həmçinin şikayət vermiş şəxs Tahir Hüseynlinin məhkəmə təqdim etdiyi Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının 01 may 2023-cü il tarixli, 5-58-25/14/2-33A/2023 saylı əmrdən görünür ki, həqiqətən Qazax Şəhər Kommunal Müəssisələri Kombinatına məxsus Ağköynək kəndində yerləşən zibil poliqonunun təmizliyi, ərazidə baş verə biləcək yanğın təhlükələrinin zamanında müdriyyətə və aidiyyatı olan yerlərə bildirilməsi məqsədi ilə poliqona nəzarətin təmizlik şöbəsində zibil dolduran fəhlə X2 tapşırılmışdır. Yəni poliqonda aşkar olunacaq hər hansı nöqsana cavabdeh şəxs bir başa Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının təmizlik şöbəsində zibil dolduran fəhlə X3r. Lakin səlahiyyətli orqan tərəfindən iş üzrə səthi araşdırma aparılaraq bu hallar nəzərə alınmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, Tahir Hüseynli tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsi ilə bağlı tərtib edilmiş protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 25 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol barəsində inzibati icraat aparılan şəxs X7 təqdim edilməmişdir. Protokolun barəsində inzibati icraat aparılan şəxsə təqdim edilməsi hissədə Tahir Hüseynli imza ataraq protokolun surətini almamış və ya şəxs protokolu almaqdan imtina etmişdirsə bununla bağlı yazılı qeyd protokolda göstərilməmişdir. Məhkəmə qeyd edir ki, əgər şəxs protokolun surətini almaqdan imtina etdiyi halda bununla bağlı protokolda müvafiq qeyd aparılmalı və ya həmin protokolun surəti məktubla barəsində inzibati icraat aparılan şəxsə göndərilməlidir. Lakin hazırki protokol tərtib edilərkən yuxada göstərilən normalara riayət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd olunları əsas götürərək hesab edir ki, X4 şikayəti təmin edilməli, səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədən səthi araşdırma aparıldığından, şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığından təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X4 barəsində qəbul etdiyi 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X4 barəsində qəbul etdiyi 07 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin. X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar