Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-230/2023 16.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Əməliyyat-və Təhqiqat şöbəsinin baş təhqiqatçısı Nümayəndə, Barəsində inzibati icraat aparılan şəxs Murad Kaplan və X1 iştirakları ilə 15 oktyabr 1975-ci ildə Türkiyə Respublikasının Kır şəhərində anadan olmuş, orta təhsilli, evli, Türkiyə Respublikası Kır şəhəri, Airevran məhəlləsi, küçə 720, mənzil 9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs (Pasport№U********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən Türkiyə Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta materialda göstərilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin fevral ayında Türkiyə Respublikasından əldə etdiyi 30 qutu “X5” və 50 qutu “X5 100 Soft” malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “İveco 440 S” markalı, 34GG2270/34DD0747 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusuna bərkidilmiş yanğın ablonu üçün olan yeşikdə, 50 qutu X4” markalı siqaretləri isə həmin nəqliyyat vasitəsinin salonundakı oturacağın arxasında gizlədərək 28 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən ”Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük səırhəddindən gömrük nəzarətindən gizli keçirmişdir. Həmin inzibati xəta haqqında material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmiş və Qazax Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı Şəxs (Pasport№U********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında material Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi 24 may 2023-cü il tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı Şəxs (Pasport№U********) barəsində yenidən cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti DGK Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında material 02 iyun 2023-cü il tarixdə baxılması üçün yenidən Qazax Rayon Məhkəməsinə göndərilmiş və 06 iyun 2023-cü il tarixdə həmin material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən DGK-nin Tovuz Gömrük İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin fevral ayında Türkiyə Respublikasından əldə etdiyi 30 qutu “X5” və 50 qutu “X5 100 Soft” malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “İveco 440 S” markalı, 34GG2270/34DD0747 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin qoşqusuna bərkidilmiş yanğın ablonu üçün olan yeşikdə, 50 qutu X4” markalı siqaretləri isə həmin nəqliyyat vasitəsinin salonundakı oturacağın arxasında gizlədərək 28 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən ”Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük səırhəddindən gömrük nəzarətindən gizli keçirmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 28 fevral 2023-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi “İveco 440 S” markalı, 34GG2270/34DD0747 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən ”Qırmızı Körpü” gömrük postundan Azərbaycan ərazisinə daxil olan zaman Türkiyədən “Duty Free” mağazasından aldığı və idarə etdiyi “İveco 440 S” markalı, 34GG2270/34DD0747 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində gizlətdiyi 30 qutu “X5”, 50 qutu “X5 100 Soft” və 50 qutu X4” markalı siqaretləri “Qırmızı Körpü” gömrük postundan gizlin keçirmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılmış və idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilərkən həmin siqaretlər gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin siqaretlərin Azərbaycan Respublikasının ərazisinə gətirməyin qadağan olduğunu bilmiş və ona görə də, həmin siqaretləri gizli qaydada keçirmək fikirində olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, məhkəmə istintaqında tədqiq edilmiş iş materiallarını araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş üzrə materiallar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 fevral 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “İveco 440 S” markalı, 34GG2270/34DD0747 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə QƏBGİ-nin “Qırmızı Körpü” gömrük postunda baxış keçirilmiş, baxış zamanı Türkiyə Respublikasının vətəndaşı Murar kaplan gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı “İveco 440 S” markalı, 34GG2270/34DD0747 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin qoşqusuna bərkidilmiş yanğın balonu üçün nəzərdə tutulan qutunun içərisində gömrük nəzarətindən gizlədilmiş üzərində “X5 Soft” yazıları olan 50 (əlli) qutu, üzərində “X5” yazıları olan 30 (otuz) qutu və avtomobilin salonundakı otruacağın arxasında üzərində X6” yazıları olan 50 (əlli) qutu siqaretə bənzər predmetlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 mart 2023-cü il tarixli qərardaddan görünür ki, Azərbaycan Respublikası DGK-nin QƏBGİ-si tərəfindən kaplan Murad barəsində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq araşdırma aparılmılşdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinin saxlanılması barədə aktdan görünür ki, Kaplan Muradın idarə etdiyi “İveco 440 S” markalı, 34GG2270/34DD0747 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 mart 2023-cü il tarixli, 7/340-9/1666 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə qismində 03 adda siqaretlərin ümumlikdə xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 810,00 manat müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DGK-nin QƏBGİ-nin 13 mart 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraatada Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və toplanmış materiallar Dövlət Gömrük Komitəsinin Əməliyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibin əlamətləri olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin 3(023)-139/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Kaplan Muradın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213- 1.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında material Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, gömrük xidməti baş leytenantı Cavid Camalzadənin 29 mart 2023-cü il tarixli cinayət işinin başlnasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 may 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibin əlamətləri olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı Şəxs barəsində araşdırma aparan zaman nəqliyyat vasitəsinin qoşqusuna bərkidilmiş yanğın balonu üçün olan yeşikdə, həmçinin avtomobilin salonundakı oturacağın arxasında gömrük nəzarətindən gizlədilməklə Azərbaycan Respublikasının Gömrük Sərhədindən keçirdiyi aksiz markası ilə markalanmamış 30 qutu üzərində “X5”, 50 qutu “X5 100 Soft” və 50 qutu “X6 Blue” markalı siqaretləri satış məqsədi ilə ölkə ərazisinə gətirməsi sübuta yetməməsini əsas götürərək Şəxs barəsində cinayət işinin balanılmasını rədd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsində Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin istintaq orqanı hazırki iş üzrə səthi araşdırma apararaq siqaretlərin Şəxs tərəfindən satış məqsədi ilə ölkə ərazisinə gətirməsinin sübuta yetmədiyi qənaətinə gələrək iş üzrə cinayət işinin başlanılmasını rədd etmişdir. Nəzərə alsaq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama ilə yanaşı istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməyə görə də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Lakin istintaq orqanı tərəfindən əmələ bu hissədə, yəni aksiz markası ilə markalanmalı olan malları istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə hissədə hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən işin araşdırılmış hallarından görünür ki, Türkiyə Respublikasının vətəndaşı Şəxs 28 fevral 2023-cü il tarixdə idarə etdiyi “İveco 440 S” markalı, 34GG2270/34DD0747 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə gətirdiyi, ümumi dəyəri 810 manat təşkil edən 30 qutu “X5”, 50 qutu “X5 100 Soft” və 50 qutu “X6 Blue” markalı siqaretləri ölkə ərazisinə idxal etmişdir. Yəni, Kaplan Muradın həmin siqaretləri satış məqsədi ilə ölkə ərazisinə gətirməsi sübuta yetməsə də, ölkə ərazisinə idxal etməsi iş materiallarında olan 28 fevral 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, iş materiallarında olan digər mötəbər sübutlarla, həmçinin, Kaplan Muradın özünün etiraf edici izahatı ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 213-1-ci maddəsinin qeyd hissəsində götərilmişdir ki, Bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2.1 və 213-1.4-cü maddələrində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi Türkiyə Respublikasının vətəndaşı Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin tərkib əlamətləri vardır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində cinayət tərkibi olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə materiallar Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2 və 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintiaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli plenum qərarında İnzibati Xətalar Məcəlləsinin 85 və114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd edir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının Cinayət-Prosessual Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə inzibati işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malik olması barədə müraciətin dəlili ilə bağlı qeyd edilməlidir ki, adıçəkilən maddə cinayət prosesini həyata keçirən orqanın iki növ qərarını fərqləndirmişdir: - şəxsin barəsində cinayət təqibini istisna edən qərarlar; - digər qərarlar. Birinci növ qərarlara cinayət təqibini istisna edən hallarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilməsi haqqında qərar, həmçinin məhkəmənin hökmü və ya digər yekun qərarları aiddir. Sadalanan qərarlar mahiyyətinə görə yekun qərar olduğu üçün, belə qərarların qüvvədə olması məhkəmə tərəfindən eyni ittiham üzrə hökm və ya başqa yekun qərarın çıxarılmasını istisna edir. İş üzrə icraatın bərpasına nail olmaq üçün, ilk növbədə, göstərilən qərarların ləğv edilməsi tələb olunur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər yekun qərarı kasassiya qaydasında və yeni açılmış hallar üzrə ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 65.3-cü maddəsi). Məhkəməyədək qəbul olunan bəraətverici əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar kvaziməhkəmə xarakteri daşıyır. Bu, ilk növbədə, onda təzahür edir ki, məhkəmənin hökm və yekun qərarlarından fərqli olaraq təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı təkcə məhkəmə tərəfindən deyil, müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən də ləğv edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1ci maddəsi). Lakin nəzərə almaq lazımdır ki, Cinayət-Prosessual Məcəlləsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının yalnız şikayət əsasında ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinin tələblərinə görə, belə qərardan şikayət müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə verilə bilər. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir: İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır (Cinayət-Prosessual Məcəlləsinin 212.4.1-ci maddəsi). - istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Türkiyə Respublikasının vətəndaşı Şəxs (Pasport№U********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Kaplan Muradın əmlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında material Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilsin. Sədrlik edən: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-230/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-230/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver