Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-232/2024 15.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Yevlax Rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, yevlax şəhəri İ. Bayramov küçəsi ev 6A ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 20 iyun 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18;30 radələrində Tovuz Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına ‘MERSEDES BENZ ACTROS 1844LS” markalı, 77JH338/99YD622 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü, Şəxs ( pasport C01279902 ) ilə gömrük bəyyanəmməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı ‘MERSEDES BENZ ACTROS 1844LS” markalı 77JH338/99YD622 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində mal müşaiət sənədlərində göstərilməyən, əvvəlcədən bəyan olunmayan üzərində ‘Linoksin 25 ml’ yazıları olan içərisində 25 ədəd olmaqla 24 qutu yapışqana bənzər predmətlər aşkar olunmuşdur. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əmələ görə peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, 19 mart 2024-cü il tarixdə nəqliyyat vasitəsinin yoxlanması haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi ‘MERSEDES BENZ ACTROS 1844LS” markalı 77JH338/99YD622 nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqosunun yük yerində mal müşaiət sənədlərində göstərilməyən, əvvəlcədən bəyan olunmayan üzərində LİNOKSİN 25 ML yazısı olan hər birində 25 ədəd 24 qutu yapışqana bənzər predmet aşkar olunmuşdur İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 8 may 2024-cü il tarixli 6/1949-9/2665 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya tədqiqatına təqdim edilmiş, üzərində LİNOKSİN 25 ML yazıları olan yapışqanın 1 ədədinin xx.xx.2024-cü il mtarixə orta bazar qiyməti 0,55 manat, 600 ədədinin ümumi qiyməti təxminən 330,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan ‘MERSEDES BENZ ACTROS 1844LS” markalı 77JH338/99YD622 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, ‘MERSEDES BENZ ACTROS 1844LS” markalı 77JH338/99YD622 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 330,00 manat təşkil edən, 1 ədədinin orta bazar qiyməti 0,55 manat olan 600 ədəd olmaqla üzərində LİNOKSİN 25 ML yazıları olan yapışqanlar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 330,00 manat təşkil edən, 1 ədədinin orta bazar qiyməti 0,55 manat olan 600 ədəd olmaqla üzərində LİNOKSİN 25 ML yazıları olan yapışqanlar müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-232/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-232/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver