Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-234/2023 08.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X6 iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Qazax rayonu Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 08 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(023)-1559/2018 saylı, 20 iyul 2022-ci il tarixli, 2(023)-1085/2022 saylı, 18 aprel 2022-ci il tarixli, 2(023)-533/2022 saylı, 18 mart 2022-ci il tarixli, 2(023)-556/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli, 2(023)- 1115/2022 saylı, 11 noyabr 2022-ci il tarixli, 2(023)-1465/2022 saylı, Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)177/2023 saylı icra vərəqələri üzrə, Qazax rayon notariat kontorunun 8i-2970 saylı, 8i-5480 saylı icra sənədləri üzrə yaranmış borcunu ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 08 iyun 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(023)- 1559/2018 saylı, 20 iyul 2022-ci il tarixli, 2(023)-1085/2022 saylı, 18 aprel 2022-ci il tarixli, 2(023)-533/2022 saylı, 18 mart 2022-ci il tarixli, 2(023)-556/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli, 2(023)-1115/2022 saylı, 11 noyabr 2022-ci il tarixli, 2(023)-1465/2022 saylı, Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)177/2023 saylı icra vərəqələri üzrə, Qazax rayon notariat kontorunun 8i-2970 saylı, 8i-5480 saylı icra sənədləri icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkarlara olan borclarını ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş və barəsində axtarış elan edilmişdir. Həmçinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Hazırda Şəxs tələbkarlara 23844 manat borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkarlar isə borcunun ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş borclu Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Kosalar kəndində yaşayır. Qazax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(023)-1559/2018 saylı, 20 iyul 2022-ci il tarixli, 2(023)-1085/2022 saylı, 18 aprel 2022-ci il tarixli, 2(023)-533/2022 saylı, 18 mart 2022-ci il tarixli, 2(023)-556/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli, 2(023)-1115/2022 saylı, 11 noyabr 2022-ci il tarixli, 2(023)-1465/2022 saylı, Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)177/2023 saylı icra vərəqələri üzrə, Qazax rayon notariat kontorunun 8i-2970 saylı, 8i-5480 saylı icra sənədləri üzrə yaranmış borclarını inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda onun ümumlikdə 23844 manat məbləğində borcu vardır. Həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Ayda hissə hissə olaraq 100 manat ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Yasmal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)-177/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2(023)-1465/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 499,65 manat əsas, 127,96 manat faiz, 6,11 manat cərimə, 0,86 manat komisiyon haqqı borcu olmaqla cəmi 634,58 manat, 0,40 qəpik xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" KB ASC-ə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 18 mart 2022-ci il tarixli, 2(023)-556/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 3054,81 manat əsas, 471,75 manat faiz, cəmi 3526,56 (üç min beş yüz iyirmi altı manat əlli altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55,26 (əlli beş manat iyirmi altı qəpik) manat pul tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(023)- 533/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli, 323841-1-22804 saylkı kredit müqaviləsi üzrə yaranmış 10381,43 manat əsas, 1004,45 manat faiz, 100 manat cərimə, cəmi 11485,88 (on bir min dörd yüz səksənbeş manat səksən səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124,99 (bir yüz iyirmi dörd manat doxsan doqquz qəpik) manat pul alınaraq “BANK VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(023)- /1085/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 536,70 manat əsas, 20 manat cərimə, cəmi 556,70 (beş yüz əlli manat yetmiş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq "xxxx" MMC-ə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(023)-1559/2018 saylı icra vərəqəsindən görünür ki, Qazax Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli 2(023)-539/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşağa 100 manat, cəmi 200 (iki yüz) manat aliment tutularaq 27 dekabr 2011-ci ildə anadan olmuş Cavidan və 31 iyul 2013-cü ildə anadan olmuş Aysel adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(023)-1115/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1215 (min iki yüz on beş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85 (səksən beş) manat və vəkil xərcinə görə ödənilməmiş 60 (altmış) manat pul alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Qazax rayon notariat ofisinin 17 iyun 2022-ci il tarixli, 8i-2970 saylı icra qeydindən görünür ki, Şəxs 2052,48 manat alınıb tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Qazax rayon notariat ofisinin 02 noyabr 2022-ci il tarixli, 8i- 5480 saylı icra qeydindən görünür ki, borclu Şəxs 299,06 manat alınıb tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(023)-1559/2018 saylı, 20 iyul 2022-ci il tarixli, 2(023)-1085/2022 saylı, 18 aprel 2022-ci il tarixli, 2(023)-533/2022 saylı, 18 mart 2022-ci il tarixli, 2(023)- 556/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli, 2(023)-1115/2022 saylı, 11 noyabr 2022-ci il tarixli, 2(023)-1465/2022 saylı, Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)177/2023 saylı icra vərəqələri üzrə, Qazax rayon notariat kontorunun 8i-2970 saylı, 8i-5480 saylı icra sənədləri üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, Qazax Rayon İcra və Probasiya Şöbəsionə dəvət olunaraq izahatı alınmış və tələbin məcburi qaydada ödənilməsi üçün bildiriş göndərilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Qazax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(023)-1559/2018 saylı, 20 iyul 2022-ci il tarixli, 2(023)-1085/2022 saylı, 18 aprel 2022-ci il tarixli, 2(023)-533/2022 saylı, 18 mart 2022-ci il tarixli, 2(023)-556/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli, 2(023)- 1115/2022 saylı, 11 noyabr 2022-ci il tarixli, 2(023)-1465/2022 saylı, Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)177/2023 saylı icra vərəqələri üzrə, Qazax rayon notariat kontorunun 8i-2970 saylı, 8i-5480 saylı icra qeydlərinə Qazax Rayon İcra və Probasiya şöbəsində icraatı başlanılmış icra sənədində göstərilən tələbi icra etməsi üçün icra məmuru tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, xəbərdarlıqlar edilmiş, izahatı alınmış, barəsində axtarış elan edilmiş, lakin borclu Şəxs borcunu tam şəkildə tələbkarlara ödəməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələrinin və icra qeydlərinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Qazax Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(023)-1559/2018 saylı, 20 iyul 2022-ci il tarixli, 2(023)-1085/2022 saylı, 18 aprel 2022-ci il tarixli, 2(023)-533/2022 saylı, 18 mart 2022-ci il tarixli, 2(023)-556/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli, 2(023)-1115/2022 saylı, 11 noyabr 2022-ci il tarixli, 2(023)-1465/2022 saylı, Yasamal Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(004)177/2023 saylı icra vərəqələri, Qazax rayon notariat kontorunun 8i-2970 saylı, 8i-5480 saylı icra qeydlərinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtarış verilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 08 iyun 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-234/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-234/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver