Məhkəmə qərarları › İş №3(023)-235/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-235/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-235/2024 21.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Qazax şəhər Heydər Əliyev prospektində “Sərfəli” marketin qarşısında ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin zor tətbiq olunması hədəsi ilə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Qazax Rayon Polis Şöbəsinin sahə rəisi, X2 tərəfindən MN № ******* saylı, xx.xx.2024-cü il tarixli və MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Qazax şəhər Heydər Əliyev prospektində “Sərfəli” marketin qarşısında xidmətdə olarkən ictimai yerdə ucadan ünvansız nalayiq ifadələr işlətməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması barədə Qazax RPŞ-nin CAB-nin rəisi polis kapitanı Şahid2 raportu əsasında tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Qazax şəhəri H.Əliyev prospektində “Sərfəli” marketin qarşısında ooan zaman əsaslı bir səbəb olmadan əsəbləşdiyi üçün ucadan ünvansız nalayiq söyünclər söymüşdür. Bu zaman ona iki nəfər polis yaxınlaşmış özlərini təqdim etdikdən sonra ictimai yerdə nəlayiq ifadə işlətməməsini bildirmişlər. O əsəbi olduğundan polis əməkdaşlarının dediklərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları onun sakitləşmədiyini görərək onlala birlikdə Qazax RPŞ-nə dəvət etmişlər. Lakin onların dediklərinə məhəl qoymayaraq oradan uzaqlaşmaq isdədim belə olan halda polis əməmkdaşları onu məcburi qaydada Qazax RPŞ-nin apardılar. Həmin vaxt əsəbi olmuşdur. Törətdiyi əməlindən peşmandır. Yüngün cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Qazax RPŞ-nin CAB-nin rəisi Şahid2 ilə birlikdə Qazax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman həmin ərazidə yerləşən “Sərfəli” marketin qarşısında bir nəfər şəxsin ictimai yerdə ucadan nalayiq ifadələr işlətdiyini görüb həmin şəxsə yaxınlaşıb özümüzü təqdim edib qanuna zidd hərəkətlərini dayandırmasını, ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirmişlər. Lakim həmin şəxs onların dediklərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi isdəsələrdə o, onlarla kobud danışaraq, siz kimsiz mənə nəsə irad bildirirsiniz. Gedin işinizlə məşğul olun kimi ifadələr işlətmiş onlarında ünvanına nəlayiq ifadələr işlətmişdir. Bu səbəbdən hər-hansı xoşagəlməz halların baş verməməsi üçün onlarla Qazax RPŞ-nə getməsini bildirdik. Lakim həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq onlarda getməyəcəyini bildirərək həmin yerdən uzaqlaşmaq isdəmişdir. Onlar ona təkrar olaraq nizam intizamlı olmağı tabesizlik göstərməməyi bildirsələrdə o, təkrar olaraq gedin işinizlə məşğul olun deyərək həmin ərazidən qaçmağa çalışmışdır. Belə olan halda onlar onu məcburi qaydada Qazax RPŞ-nin inzibati binasına aparaq növbətçi hissəyə təhvil vermişlər. Qazax RPŞ-də həmin şəxsin Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin rəisi Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati qaydada tuma haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2024-cü il tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan AZEMİS sistemindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlillik üzrə 363.86 manat pensiya alır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, Məhkəmə hesab edir ki, Şəxs əməlindən səmimi peşman olması və 2-ci qrup əlil olması, il ərzində inzibati xətanı ilk dəfə törətməsi, həmçinin 62 yaşının olması onun iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. Şəxs iş üzrə məsuliyyətini ağırlaşdıran hallar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcud olmasını, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 100 manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar