Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-236/2023 12.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, X1 iclas katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 12 iyun 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş 10 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində Qazax rayonu, Cəfərli kəndi ərazisində yerləşən mühafizə postunu qanunsuz olaraq keçərək Ermənistan Respublikası ilə sərhəddə video çəkiliş etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 10 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində Qazax rayonu, Cəfərli kəndi ərazisində yerləşən mühafizə postunu qanunsuz olaraq keçərək Ermənistanla həmsərhəd ərazidə Tik Tok sosial şəbəkəsində canlı açaraq video çəkiliş etmişdir. Tik tok sosial şəbəkəsində canlı söhbət zamanı o, “gözəl mənzərədir, baxanda Ermənistanı görürsən, orada qohumlarımı görürəm” ifadəsini işlətmişdir. Törətdiyi əməldən peşmandır. Özünü təqsirli bilir. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, 10 iyun 2023cü il tarixdə saat 15:00 radələrində xidmət edən zaman “Didvangöl” ərazidə Ermənistan Respublikası sərhədinə yaxın yerdə 1 nəfər şəxsin əlində mobil telefonla çəkiliş apardığını görmüşdür. Ona yanınlaşanda görmüşdür ki, tik-tok sosial şəbəkəsində canlı səhifə açıb Ermənistanı göstərib bildirir ki, qohumlarımızdı, həmin yerdə erməni kəndləri var. O, ona yaxınlaşıb özünü təqdim edərək video çəkilişi (canlı yayımı) saxlamasını bildirmişdir. Daha sonra o, sonradan adı ona məlum olan Şəxs yaxınlaşmışdır. Şəxs telefonu cibinə qoymuş, ondan telefonu çıxarmasını xahiş etmişdir. Kənan telefonu çıxardanda o, hələ də telefonda çəkilişin davam etdiyini görmüşdür. Bundan sonra o, bildirmişdir ki, ora neytral zonadır və orada çəkiliş etmək olmaz. Ora Ermənistandır, onlar bizim ana-bacılarımızı gözü yaşlı qoyublar, bizim şəhid və qazilərmiz var. İcazəsiz erməni tərəfini sərhəd mühafizə postunu qanunsuz çəkiliş apardığı üçün Qazax RPŞ-nə gətirərək barəsində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 10 iyun 2023-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuş və 12 iyun 2023-cü il tarixdə saat 12:00-da azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı və şahid ifadələri, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 10 iyun 2023-cü il tarixdən saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10 iyun 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-236/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-236/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver