Məhkəmə qərarları › İş №3(023)-236/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-236/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-236/2024 21.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov X1 Nemət Yusif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati Xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qazax Rayon Polis Şöbəsindən tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edirəm ki, iş aidiyyəti üzrə düzgün göndərilmişdir. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmaqla, işin baxılmasını istisna edən və işin icraatını rədd edən hallar yoxdur. İşin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmış, vəsatətlər və etirazlar daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati materiallar bir icraatda birləşdirilərək baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materialın baxılması məhkəmənin icraatına qəbul edilsin və İXM-nin 34.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 3(023)-235/2024 və 3(023)-236/2024 saylı işdə birləşdirilərək bir icraatda baxılsın. İnzibati xəta haqqında işin baxılması 21 iyun 2024-cü il tarixə, saat 17:35-ə məhkəmənin binasına təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağrılsın. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar