Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-239/2024 30.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1998-ci ildə Qazax rayonu, Bağanıs Ayrım kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax rayonu, Bağaıs ayrım kəndində qeydiyyatda olan və Qazax şəhəri, Ş.Xiyabani küçəsi Qaçqınlar binasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 30 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 iyun 2024-cü il tarixdə saat 02:30 radələrində Qazax M.Hüseyn küçəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək fiziki zor tətbiq etmiş və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsədə fərdi əməklə məşğul olaraq maddi qazanc əldə edir. Şahid onun keçmiş həyat yoldaşı, X3 onun keçmiş qayınatası, Zərərçəkmiş şəxs2 onun keçmiş qayınanasıdır. 2021-ci ilin sonlarında o, tutulduqdan sonra Türkanla ayrılmışdır. Təxminən 1 ay bundan əvvəl o, həbsxanadan çıxmışdır. O, həbsdən çıxdıqdan sonra bir dəfə gedib normal şəkildə Türkanla və az yaşlı övladı ilə görüşmüşdür. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostları ilə birlikdə yeyib-içmək üçün kafeyə getmişdir. O, gecə saatlarına kimi kafedə oturduqdan sonra oğlu Habili görmək istəmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Türkangilin yaşadığı evə getmişdir. O, qapını döyüb Türkanı səsləməyə başlamışdır. Türkanda onun çağırdığını eşidib gəlib qapını açmışdır. O, Türkana oğlu Habili görmək istədiyini demişdir. Türkan isə ona oğlu Habilin yatdığını səhər gəlib uşağı görməyini demişdir. Onun gəldiyini görən qayınatası Hüseyn ona yaxınlaşaraq səs-küy salmağa başladı ki, bu vaxt yaşadığı evə nəyə gəlmişdir. Bu zaman onların arasında söz mübahisəsi baş vermişdir. Hüseynin arvadı Dilarədə gəlib onunla mübahisə etməyə başlamışdır. O da tək olduğunu görüb Hüseyni itələyib yaşadıqları evi tərk etmişdir. Sonradan onun məlumatı oldu ki, onun barəsində rayon polis şöbəsinə şikayət ediblər. Şəxs izahatında həmçinin xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Hüseyn, Dilarə və Türkanla aralarında baş vermiş mübahisə zamanı, Hüseynlə Dilarəni itələsədə Türkanı vurmadığını, mübahisə zamanı yanlarında heç kimin olmadığını qeyd etmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsədə fərdi əməklə məşğul olaraq maddi qazanc əldə edir. X4 onun həyat yoldaşı, Şahid onun qızı, Şəxs onun keçmiş kürəkənidir. 2021-ci ilin sonlarında Coşqun tutulduqdan sonra qızı Türkanla ayrılmışdır. Təxminən 1 ay bundan əvvəl Coşqun həbsxanadan çıxmışdır. Coşqun həbsdən çıxdıqdan sonra bir dəfə gəlib normal şəkildə həyat yoldaşı Türkan və az yaşlı övladı ilə görüşmüşdür. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadıqları evdə olan zaman qapı döyülmüşdür. O, qapını döyən şəxsin kim olduğunu sual verdikdə, sonuncu ona Coşqun olduğunu, Türkanı görmək istədiyini demişdir. O, qapını açmadıqda Coşqun qapını döyərək səs-küy salmağa başlamışdır. Coşqunun səsinə qızı Türkan yuxudan oyanıb yanına gəlmişdir. Bu zaman Türkan qapını açaraq Coşquna nə istədiyini sual vermişdir. Coşqun içəri daxil olan kimi qızı Türkanı əli ilə bir neçə dəfə vurmuşdur. O, Coşqunu sakitləşdirmək istəyən zaman sonuncu onun başının arxasından bir neçə dəfə vurmuşdur. Daha sonra həyat yoldaşı Dilarinin üzərinə gedərək sonuncunu vurmağa başlamışdır. Dilarədə zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra Coşqun Dilarənin saçından tutub yerlə sürümüşdür. Coşqunun onları döydüyünü görən qızı Türkan hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 həmçinin izahatında mübahisə zamanı Coşquna hər hansı bir formada qarşılıq vermədiyini və sonuncunu vurmadığını, bundan əlavə Coşqun ilə mübahisə edən zaman ətraflarında arvadı Dilarənin və qızı Türkanın olduğunu qeyd etmişdir. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı olan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək, Şəxs şikayətçi olduğunu, ona həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, X4 onun anası, X2 onun atası, Şəxs onun keçmiş əridir. 2021-ci ilin sonlarında Coşqun tutulduqdan sonra onunla ayrılmışdır. Təxminən 1 ay bundan əvvəl Coşqun həbsxanadan çıxmışdır. Coşqun həbsdən çıxdıqdan sonra bir dəfə gəlib normal şəkildə onunla və az yaşlı övladı ilə görüşmüşdür. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadıqları evdə olan zaman qapı döyülmüşdür. Coşqunun səsinə yuxudan oyanıb yanına gəlmişdir. Bu zaman qapını açaraq Coşquna nə istədiyini sual vermişdir. Coşqun içəri daxil olan kimi əli ilə bir neçə dəfə onu vurmuşdur. atası Coşqunu sakitləşdirmək istəyən zaman sonuncu onun başının arxasından bir neçə dəfə vurmuşdur. Daha sonra anası Dilarinin üzərinə gedərək sonuncunu vurmağa başlamışdır. Dilarədə zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra Coşqun Dilarənin saçından tutub yerlə sürümüşdür. Coşqunun anam Dilarə və atam Vaqifi döydüyünü görən zaman hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X5-Təcrübi və X8 X11 rayon şöbəsinin verdiyi 25 iyun 2024-cü il tarixli 199 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində "sol diz nahiyyəsinin sıyrığı" xəsarəti müəyyən edilmişdir və həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X5-Təcrübi və X8 X11 rayon şöbəsinin verdiyi 27 iyun 2024-cü il tarixli 200 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs1 bədəni üzərində "alının sol tərəfinin, sağ qulaq seyvanının və sol saidin yan səthinin sıyrıqları" xəsarəti müəyyən edilmişdir və həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şahid müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 iyun 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X1 29 iyun 2024-cü il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qismən təqsirli bilməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qismən təqsirli bildiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymədiyini, sadəcə aralarında söz mübahisəsi olduğunu və mübahisə zamanı itələdiyini, Zərərçəkmiş şəxs2 yerə yıxılmasını göstərsə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında vermiş olduğu izahatlarında Şəxs 20 iyun 2024-cü il tarixdə onları vuraraq xəsarət yetirdiyini qeyd etmişlər. Həm zərərçəkmiş şəxsin izahatı, həm məhkəmə-tibbi ekspertizasının rəyi, həm də məhkəmə tərəfindən işin araşdırılmış digər halları ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Dilənçı qızının izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol, ekspert rəyləri və işdə olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 20 iyun 2024-cü il tarixdə ünvan 1 ünvanında mübahisə zəmnində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək onlara fiziki zor tətbiq etmiş və Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbs etmənin əvvəli 29 iyun 2024-cü il tarixdən, saat 18:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 iyun 2024-cü il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-239/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-239/2024
30.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver