Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-24/2024 13.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədriliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə xx xxx 1976-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X7” firmasında sürücü işləyən, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 08 dekabr 2023-cü il tarixdə saat 18:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman mal müşayiət sənədində qeyd edilməyən üzərində “Sila imperatora” yazıları olan 7100 (yeddi min bir yüz) ədəd boş karton qutu olan predmetləri bəyan etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 24 yanvar 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 08 dekabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun baş müfəttişi X3, hal şahidləri X4 və X1 iştirakları ilə tərtib etidiyi gömrük yoxlaması haqqında protokoldan müəyyən edilir ki, 08 dekabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “DAF” markalı 77JA506/99ZJ506 nömrə nişanlı avtomobilin qoşqusunun yük yerində üzərində “SİLA İMPERATORA” yazıları olan 7100 (yeddi min bir yüz) ədəd boş karton qutu olan predmetlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-9/9618-/2023 saylı rəyindən görünür ki, təqdim edilmiş 02 ədəd üzərində “Вечная молодость» yazıları olan karton qutuların Respublikada yerləşən ticarət şəbəkələrində satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF” markalı 77JA506/99ZJ506 nömrə nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF” markalı 77JA506/99ZJ506 nömrə nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, mal müşayiət sənədində qeyd edilməyən üzərində “Sila imperatora” yazıları olan 7100 (yeddi min bir yüz) ədəd boş karton qutu olan predmetlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qarara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan, mal müşayiət sənədində qeyd edilməyən “Sila imperatora” yazıları olan 7100 (yeddi min bir yüz) ədəd boş karton qutu olan predmetlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musaye
Məhkəmə qərarları › İş №3(023)-24/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-24/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver