Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-240/2024 01.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, məhkəmə iclasının katibi X4, inzibati xəta haqqında protokol tərtib edən şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qazax rayonu Qarapapaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 01 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qazax rayonu Qarapapaq kəndində yerləşən yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Qazax rayon Qarapapaq kəndində yerləşən yaşadıqları evdə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq hec bir yerdə işləmir. Lakin müxtəlif yerlərdə fəhləlik edərək özünə maddi qazanc əldə edir. Onların nigahından Aylin, Səbinə və Hüseyn adlı övladları dünyaya gəlmişdir . Mələk Musayevlə evliliklərinin ilk başlar normal olsada sonradan pisləşmişdir. Münasibətlərinin pisləşməsinə səbəb Mələyin onun dediyi sözlə kobud cavab qaytarması olmuşdur. Onların sonuncu mübahisəsi xx.xx.2024 cü il tarixdə baş vermişdir. Beləki xx.xx.2024 cü il tarixdə təxminən saat 11 radələrində yaşadıqları evdə olan zaman Mələyə başqa şəxslərə pul borcu olduğunu evdə olan pulu gətirməsin istəmişdir. Bu zaman Mələk ona cavab olaraq evdə 150 manatdan artıq pul olmadığın bildirmişdir .O, isə Mələyə hər gün fəhləlik edərək ona 20 manat verdiyi ay ərzində işləyib qazandığı pulun təxminən 600 manata yaxın olduğunu bildirdikdə Mələk ona nə haqla sonuncuda pul istədiyini dedikdə onların arasında söz mübahisəsi düşmüşdür. Mübahisə zamanı Mələk ona hər zamankı kimi kobud şəkildə cavab qaytardığı ücün əsəbləşərək Mələyin sol qol nahiyyəsinə əlinin tərsi ilə yavaş formada vurmuşdur. Daha sonra Mələk döyülməyi barədə DİN-nin 102-xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs izahatında həmçinin mübahisə zamanı yanlarında heç kimin olmadığını qeyd etmişdir. Ona, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, halhazırda rəsmi və qeyri-rəsmi olaraq heç bir yerdə işləməsədə fərdi əməklə məşğul olub maddi qazanc edir. 2014 cü il tarixdə Şəxs ilə ailə həyatı qurmuşdur. Onların nigahdan 3 övladı dünyaya gəlmişdir. Bu illər ərzində həyat yoldaşı Əfqan ailə həyatı quran bir gündən onunla münaqişələr yaratmışdır. Təxminən 20 gün əvvəl atası İman onlara cücə alıb saxlamaq üçün vermişdir. Sonradan həyat yoldaşı Şəxs həmin vaxt onunla münaqişələr etməyə başlayaraq atasının niyə cücə alıb onlara verməsindən narazı olmuşdur. xx.xx.2024 cü il tarixdə təxminən saat 12:30 radələrəndə həyat yoldaşı Şəxs ondan fərdi əməklə qazanc əldə etdiyi pulun miqdarını soruşduqda ona bir neçə gün bundan əvvəl uşaqlarına paltar aldığını bildirmiş və 42 manatda qonşuya borcu olduğunu, borcunu qaytardığın demişdir. Bu zaman həyat yoldaşı Əfqan onunla münaqişə yaradaraq onun üzərinə gəlib uşaqlarına aldığı paltarı geri qaytarmasını istəmişdir. O,həyat yoldaşı Əfqana qayratmaycağını dedikdə sonuncu onu döyərək bədən xəsarəti yetirmişdir. O da həmin vaxt DİN-nin 102-xidmətinə bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs izahatında həmçinin əri Əfqan onu döyən zaman yanlarında heç kimin olmadığını, sonuncuya hər hansı bir formada qarşılıq vermədiyini qeyd etmişdir. Odur ki, Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxsnın əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi, eyni zamanda, Şəxs ilə həyat yoldaşı X5 arasında gələcəkdə bu və ya bu kimi münaqişələrin davam etməməsi üçün sözü gedən şəxslərin ətrafında qabaqlayıcı profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin İTB-nəgöndərilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 167 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədəni üzərində "Sol bazunun yan səthinin qançırı" xəsarəti müəyyən edilmişdir və həmin xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Musayev X3 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olması, il ərzində ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olaraq səmimi etiraf etməsi iş üzrə məsuliyyəti yüngülləşdirən halardır. Şəxs iş üzrə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxsnın şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-240/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-240/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver