Məhkəmə qərarları › İş №3(023)-248/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-248/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-248/2023 19.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1986-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələri ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 15 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus olan HYUNDAİ ELANTRA markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus olan HYUNDAİ ELANTRA markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, belə ki, müxtəlif avtomobil yuma məntəqələrində işləyib ailəsini saxlayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Qazax şəhəri, Ə.Dilbazi küçəsində yerləşən adsız avtomobil yuma məntəqəsində işlədiyi vaxt, xx.xx.2023-cü il tarixdə 08 radələrində həmişə olduğu kimi işlədiyi avtoyuma məntəqəsinə getmiş, günorta saat 14 radələrinə kimi işlədikdən sonra nahar etmək üçün Qazax şəhəri, Mədəniyyət evinin yaxınlığında yerləşən “Emil” adlı kafeyə getmiş, yemək yeyən zaman 01 stəkan spirtli içki- araq sifariş etmiş, yemək yeyib spirtli içki qəbul etdikdən sanra işlədiyi avtoyuma məntəqəsinə qayıtmışdır. Həmin gün, saat 15 radələrində içkili olduğu üçün işlətdiyi avtoyuma məntəqəsini bağlamaq qərarına gəlmiş, məntəqəni bağlamış, yaxınlıqdakı digər avtomobil yuma məntəqəsində işləyən tanışı Qaranın yanına getmişdir. Bu zaman Qaranın “HYUNDAİ ELANTRA” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərlərini təmizlədiyini görmüş və sonuncuya obyekti bağlamasını və birlikdə çay içməyə getməklərini təklif etmiş, Qara isə ona təmizlədiyi avtomobili təmizlədikdən sonra birlikdə gedə biləcəklərini demiş və avtomobilin təkərlərini təmizlədiyi üçün ondan avtomobili bir az arxaya verməsini xahiş etmiş, o, HYUNDAİ ELANTRA markalı avtomobilə əyləşib avtomobili arxaya vermişdir. O, avtomobili arxaya verən zaman sərxoş olduğu üçün avtomobil ilə şəhərdə gəzib yenidən gətirib yerinə qoymaq qərarına gəlmiş, avtomobil ilə Qazax şəhəri, Ə.Dilbazi küçəsi ilə üzü 3 saylı tam orta məktəbə doğru hərəkətə başlamışdır. Təxminən 40-50 metr avtomobillə hərəkət edib qarşısındakı dördyoldan dönüb geriyə qayıtmaq istəmiş, avtomobili arxaya verən zaman arxadan gələn ağ rəngli “Vaz 2103” markalı avtomobilə vuraraq yol nəqliyat hadisəsi törətmiş, həyəcanlandığı üçün nə edəcəyini bilməmiş, hadisə yerindən uzaqlaşaraq avtomobili aparıb Qazax şəhəri Bakı küçəsinə yolun kənarında saxlayaraq oradan uzaqlaşmışdır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. Zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş və ona dəymiş ziyanı ödəmiş, zərərçəkmiş də onunla barışmışdır. Hazırda törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, halhazırda "xxxx" QSC Qazax filialında şöbə müdiri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində işdə olan müddət ərzində özünə məxsus “HYUNDAİ ELANTRA” markalı **-MY-*** dövlət nömrə nişanlı avtomobilini avtoyuma məntəqəsində təmizlətmək qərarına gəlmiş, avtomobilini Qazax şəhəri Ə.Dilbazi küçəsində yerləşən Qara adlı şəxsin işlədiyi adsız avtoyuma məntəqəsinə aparmışdır. Orada Qara ona avtomobilini təmizləmək üçün təxminənn 40 dəqiqə vaxta ehtiyacı olmduğunu demişdir. Ona görə də, o, avtomobilin açarlarını Qaraya verərək piyada şəkildə işə qayıtmışdır. Təxminən 40 dəqiqədən sonra o, avtomobilini götürmək üçün geri qayıtmış, avtomobilinin orada olmadığını bilmiş və avtomobilinin harada olmasını Qaradan soruşmuş, Qara ona avtomobilinin Qazax şəhər sakini Şəxs oğulun ondan xəbərsiz sürərək getməsini və Qazax şəhəri, Azadlıq küçəsində yerləşən dördyol ayrıcında tanımadığı bir şəxsin avtomobilinə vuraraq yol nəqliyat hadisəsi törətməsini demişdir. Daha sonra o, yol nəqliyat hadisəsi baş verən əraziyə getmişdir. Lakin hadisə yerinə gedən zaman avtomobilin orada olmadığını görmüşdür. Həmin zaman o, başqa bir hadisə olmasın deyə baş vermiş yol nəqliyat hadisəsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları ona zəng etmiş və ona məxsus HYUNDAİ ELANTRA markalı **-MY-*** dövlət nömrə nişanlı avtomobilinin Qazax şəhəri, Bakı küçəsində yolun kənarında olduğunu, avtomobilin qapısının bağlı olduğunu, idarə edən şəxsin isə hadisə yerində olmadığını demişdir. Hazırda ona dəymiş ziyanı Şəxs tərəfindən ödənilmişdir. O, təqsirləndirilən şəxs H. Pərvanəyevlə barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Şəxsa yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 iyun 2023-cü il tarixli, 245 saylı arayışdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 36 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, həmçinin, işin digər halları ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.3-cü maddələrinə əsasən Bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə yanaşı, həmçinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1, 329.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1 və 332.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar