Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-248/2024 15.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayon Düzqışlaq kəndində qeydiyyatda olan– Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qazax Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa Rayon Düzqışlaq kənd sakini Şəxs Qazax Şəhəri, Bakı küçəsi istiqamətindən üzü Qazax şəhəri, Azadlıq küçəsi istiqamətində idarə etdiyiVAZ 21063 markalı 05-BC- 056 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən Qazax şəhəri H.Z.Tağıyev küçəsində ötmə əməliyatı edən zaman yolu keçməkdə olan piyadanı vurmuş, nəticədə zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. hazırda rəsmi olaraq qazax Rabitə qovşağında elektromexanik vəzifəsində işləyərəkmaddi qazanc əldə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evə alış-veriş etmək məqsıdi ilə özünə məxsus VAZ-21063 markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşərək qazax rayon Mərkəzi bazarına getmişdir. O,yaşadığı evə lazım olacaq ərzaqları almaq üçün boir neçə dəqiqə qazax rayon Mərkəzi bazarında qalmışdır. Alış-veişini bitirdikdən sonra aldığı ərzaqları avtomobilinə yükləyib əyləşmişdir. Daha sonra isə avtomobilini işə salaraq Azadlıq küçəsi ilə üzü Qazax rayon avtovağzalı istiqamətində hərəkət etmişdir.Qastranom marketin yanına çatdıqda H.Z Tağıyev küçəsinə daxil olmuşdur. O, Bakı küçəsinə daxil olduqda yolda palatka qurulduğunu görüb avtomobilinin istiqamətini dəyişərək yenidən H.Z.tağıyev küçəsi ilə üzü Qastranom market istiqamətində hərəkət edən zaman həmin küçədə yerləşən polis məntəqəsinin qarşısına çatdıqda bir nəfər azyaşlı oölan qaçaraq onun hərəkət etdiyi istiqamətdə asvalt yola çıxmış və yolun ortasında yerə yıxılmışdır.Həmin vaxt o, dərhal əyləci sıxıb avtomobilini dayandırmışdır. Daha sonra isə avtomobildən enib həmin oğlanın yanına getmişdir.O,oğlanın yanına yaxınlaşdıqda oğlan ayağa qalxmışdır. Həmin vaxt oğlanın sifət nahiyəsində sıyrıqlar olduğunu görmüşdür. Daha sonra isə ətrafda olan şəxslər həmin yerə təcili myardım çağırmışdırlar. Bir neçə dəqiqə sonra təcili yardım gələrək həmin oğlanı müayinə etmişdir. Şəxs izahatında həmçinin hadisə baş verən zaman spirtli içki qəbul etmədiyini, hadisə baş verən zaman onun avtomobili m20-30 km/saat sürətlə idarə etdiyini, nəqliyyat vasitəsiniidarə etməsi üçün sürücülük vəsiqəsinin olduğunun, avtomobilinə məxsus sənədlərin sürətini təhqiqata təqdim edə biləcəyini bildirmişdir Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Qazax rayon Yol patrul xidmətinin baş inspektor polis baş leytenantı X1 tərəfindən İXP ******* seriyalı, xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən zərərçəkmiş şəxin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs Mıhımmıd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, HK-1/796 saylı Ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər. Sağ göz qapağının ehtiyacı olan cırılmış yarası,başın sağ gicgah, alının sol tərəfinin,yanaq nahiyyəsinin sol dirsək nahiyəsinin , sağ bud-çanaq oynağının hərəkət məhdudluğu ilə müşayət olunan sağ budun yuxarı 1/3-nin hematomalıqançırı,küt-bərk əşyanın təsirindən törənmişdirlər, törənmə müddəti xx.xx.2024-cü il uyğun gəlir.Qeyd olunanlar xəsarətlər avtoqəza nəticəsində əmələ gələ bilərdirlər və dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətinin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, onun cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-248/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-248/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver