Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-249/2025 17.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin müddətinin bərpa edilməsinə dair X2 vəsatətinə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Şikayət verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət keçdikdən sonra X4 qeyd edilən qərardan şikayət verilmə müddətinin bərpa edilməsinə dair vəsatət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 10 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. X1 həmin qərardan verdiyi şikayət və müddətin bərpasına dair vəsatət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu araşdırılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsinə dair buraxılmış müddətin bərpasına dair X2 vəsatətinə baxılmasından imtina edilməli və X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi müddətinin bərpa edilməsinə dair X2 vəsatətinə baxılmasından imtina edilsin. X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-249/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-249/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver