Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-250/2023 03.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Ağstafa rayonu Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 02 iyun 2023-cü il tarixdə Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Budaqov X1 rayon Dağ Kəsəmən kəndi istiqamətindən Qazax şəhəri, Heydər Əliyev prospekti ilə Qazax rayon Mərkəzi Bazarı istiqamətində idarə etdiyi “Opel Vectra” markalı, 09BM125 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən Qazax rayon Mərkəzi Xəstəxanasının qarşısında ötmə əməliyyatı edən zaman yolu Qazax rayon Mərkəzi xəstəxanası istiqamətində keçməkdə olan puiyadanı vurmuş, nəticədə zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılaraq xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, hal-hazırda rəsmi olaraq Qazax rayon Daş Salahlı kəndi ərazisində yerləşən "xxxx" MMC-də operator vəzifəsində işləyərək maddi qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə saat 09:30-da işə getmək məqsədi ilə Ağstafa rayon Dağ kəsəmən kəndində yerləşən evlərində atası Budaqov Alməhəmmədə məxsus olan etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşərək yaşadığı evi tərk etmişdir. O, Qazax şəhəri, H.Əliyev prospekti ilə Qazax şəhəri Mərkəzi bazarı istiqamətində hərəkətdə olan zaman Qazax şəhərində yerləşən Mərkəzi Xəstəxananın qarşısında yol kənarında dayanmış ağ rəngli “Mercedes” markalı avtobusun qarşısından bir nəfər qadın anidən onun qarşısına çıxmışdır. O, dərhal əyləci sıxmışdır. Lakin, avtomobili dayandıra bilməmiş və idarə etdiyi avtomobil qarşısına çıxan qadına çırpılmışdır. Həmin qadın zərbənin təsirindən yerə yıxılmışdır. O, avtomobil dayandıqdan sonra avtomobildən enib həmin qadına yaxınlaşmışdır. O, qadına yaxınlaşdıqda qadın vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Həmin vaxt xəstəxananın işçiləri xərək gətirərək həmin qadını xərəklə Mərkəzi xəstəxananın Acil şöbəsinə aparmışdırlar. Orada həmin qadına ilkin tibbi yardım göstərilmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş və onlar birlikdə hadisə yerinə gedərək hadisə yerinə baxış keçirmişdirlər. Daha sonra isə o, polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinə gəlmişdir. Şəxs izahatında həmçinin hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmadığını, avtoqəza hadisəsi baş verən zaman avtomobilində tək olduğunu, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışmış, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. O, xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Qazax rayon Mərkəzi xəstəxanasına getmək üçün yaşadığı evi tərk etmişdir. “Saloğlu” mebel mağazasının yaxınlığında Ağstafa-Qazax sərnişin avtobusuna əyləşərək Qazax rayonuna gəlmişdir. Qazax rayon Mərkəzi xəstəxanasının qarşısına çatdıqda o, avtobusun sürücüsünə xəstəxananın qarşısında dayanmasını, avtobusdan enəcəyini bildirmişdir. Sürücü avtobusu yolun kənarına doğru sürüb dayanmışdır. O, gediş haqqını ödədikdən sonra avtobusdan enmişdir. O, avtobusdan endikdən sonra avtobusun qarşısı ilə hərəkət edərək yola nəzarət etmədən, yolun hərəkət hissəsi ilə hər hansı avtomobilin gəlib-gəlməməsini müəyyən etmədən yolu Mərkəzi xəstəxanaya doğru keçmək istəmişdir. O, avtobusun qarşısından yola doğru gedən zaman anidən bir avtomobil zərbə ilə ona çırpılmışdır. Zərbənin təsirindən onun sifət nahiyyəsi avtomobilin qabaq hissəsinə dəymiş və o, yerə yıxılmışdır. Bundan sonra avtomobilin sürücüsü dərhal avtomobildən enərək ona yaxınlaşmış və onun vəziyyəti ilə maraqlanmışdır. Bir neçə dəqiqə sonra Mərkəzi xəstəxananın işçiləri xərək gətirərək onu xərəklə Mərkəzi xəstəxananın Acil Şöbəsinə aparmışdırlar. Orada həkimlər ona ilkin tibbi yardım göstərmişdirlər. Şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, Şəxsla barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə verərək Şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, onunla barışmışdığını, Şəxs heç bir şikayət və tələbinin olmadığını və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən toplanmış ilkin yoxlama materialı üzrə, onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 iyun 2023-cü il tarixli 147 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərburun sümüklərinin yerdəyişməyən sınığı, alın, burun, sağ saidin sıyrıqları, hər iki gözaltı nahiyənin, sol baldırın və sol budun qançırları küt-bərk əşyanın təsirindən törənmişdirlər. 02 iyun 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli, 40 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatları, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi, onunla barışması və zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğdə cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-250/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-250/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver