Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-250/2024 04.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, məhkəmə iclasının katibi X9, inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 04 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Qazax rayonu Xanlıqlar kəndində evdə qardaşı oğlu X3 döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Qazax rayonu Xanlıqlar kəndində evdə qardaşı oğlu X4 qarşı fiziki zor tətbiq edərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin dövlət tərəfindən ona verilən təqaüd hesabına öz maddi ehtiyaclarını qarşılayır. X6 onun qardaşı oğludur. Onun Məqsədlə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Əksinə Məqsədlə münasibəti həmişə yaxşı olmuşdur. 1991-ci il tarixdə mərhum qardaşı İslam Qurbanovun adına olan Qazax rayon Xanlıqlar kənd ərazisində yerləşən 10 sot torpaq sahəsində qardaşının razılığı ilə ev tikmişdir. Həmin evi yarımtikili vəziyyətə gətirdikdən sonra evə lazım olan materialları evin zirzəmisində saxlamışdır. Daha sonra qardaşı ilə razılığa gələrək həmin evə çəkdiyi xərci ona qaytarması şərti ilə evi ona bağışlamışdır. Daha sonra 2016-cı il tarixdə İslam Qurbanov vəfat etdikdən sonra onun evə çəkdiyi xərci ona qaytaran olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 11:00 radələrində Qazax şəhərində şəxsi işlərini həll etdikdən sonra yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Evə qayıdan zaman hal-hazırda qardaşı oğlu Məqsədə məxsus yarımtikili evdən ona məxsus materialları sonuncunun yük avtomobilinə yüklədiyini görmüşdür. Ona görə də, Məqsədə yaxınlaşıb apardığı materialın ona məxsus olduğunu deyib aparmamasını xahiş etmişdir. Həmin zaman Məqsəd isə ona cavab olaraq 44 günlük vətən müharibəsində şəhid olmuş oğlu Elçin Qurbanovun şəhid olmasından istifadə etdib belə bir hərəkət etdiyini demişdir. O, isə Məqsədin bu sözünə əsəbləşib sonuncunun sifət nahiyyəsinə bir dəfə sillə ilə vurmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin müxtəlif yerlərdə fəhləlik edərək özünə maddi qazanc əldə edir. Şəxs onun əmisidir. Onun Şəxsla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Əksinə Məcidlə münasibəti həmişə yaxşı olmuşdur. Onun Qazax rayon Xanlıqlar kəndində evi vardır. Həmin evdə təxminən 15 ildir ki, yaşayış yoxdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində anası Şahid ilə Qazax rayon Xanlıqlar kəndində yerləşən evinə nəzarət edib təmizlik işləri aparması üçün getmişdir. O, evdə olduğu müddət ərzində evin zirzəmisində olan mərhum atası İslam Qurbanovdan qalmış dəmir və taxta parçalarını yaşadığı evə aparmağı üçün çıxarmışdır. Həmin əşyaları çıxardığı müddət ərzində isə əmisi Məcid onun yanına gəlmişdir. Bundan sonra Məcid ona həmin əşyalar və evin ona məxsus olduğunu deyib aparmasına razı olmamışdır. Ona görə də, onların arasında söz mübahisəsi düşmüşdür. Aralarında yaranmış söz mübahisəsi zamanı Məcid ona sözlə hədə-qorxu gələrək onun gözləmədiyi bir anda sifət nahiyyəsinə sillə ilə bel nahiyyəmə isə təpiklə vurub döymüşdür. X8 izahatında Məcid onunla söz mübahisəsi edib onu döyən zaman onun yanında anası Şahid olduğunu qeyd etmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin dövlət tərəfindən ona verilən təqaüd hesabına öz maddi ehtiyaclarını qarşılayır.Şəxs onun dayısı oğludur. Onun Şəxsla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Əksinə Məcidlə münasibəti həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində oğlu X6 ilə Qazax rayonu Xanlıqlar kəndində yerləşən evinə nəzarət edib təmizlik işləri aparması üçün getmişdir. Orada olduqları müddət ərzində Məqsəd evin zirzəmisində olan dəmir və taxta parçalarını yaşadığı evə aparması üçün çıxarmışdır. Həmin müddət ərzidə isə Məcid onların yanına gəlmişdir. Bundan sonra Məcid, Məqsədlə söz mübahisəsi etməyə başlamışdır. Aralarında yaranan mübahisə zamanı Məcid sonuncunun sifət nahiyyəsinə sillə ilə bel nahiyyəsinə isə təpiklə vurub döyməsini bildirmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin İTB-nə göndərilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 168 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı X1 bədəni üzərində müəyyən edilmiş xəsarət: Büzdüm nəhiyyəsinin qançırı, küt əşyanın təsirində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddət və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Qurbanov X5 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs 1963-cü il təvəllüdlü olması, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunması və əməlindən səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-250/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-250/2024
04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver