Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-251/2023 21.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X5, Zərərçəkmiş şəxs və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material 21 iyun 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 21 iyun 2023-cü il tarixli MN ******* nömrəli və 21 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Qazax rayon Polis şöbəsinin inzibati binasında ucadan qışqıraraq nəlayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Qazax rayon Polis Şöbəsinin inzibati binasında ucadan qışqıraraq nəlayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayır. 11 iyun 2023-cü il tarixdə oğlu yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı o yol polis əməkdaşı Zərərçəkmiş şəxs yanında olamuş və Zərərçəkmiş şəxs ondan 100 manat pul istəmişdir ki, oğlunun barəsində yüngül protokol tərtib etsin. Əksi halda oğlunun barəsində ağır maddə ilə inzibati protokol tərtib edəcəyini bildirmişdir. O isə 100 manata razı olmamış və 50 manat verə biləciyini bildirmiş, daha sonra isə 50 manatı verməyə maddi imkanı çatmamış Zərərçəkmiş şəxs 20 manat vermiş və getmişdir. Bir neçə gün sonra, yəni 16 iyun 2023-cü il tarixdə, saat 11:32 radələrində Qazax RPŞ-nin DYPB-nin əməkdaşı Zərərçəkmiş şəxs oğlu Elvin Qocayevə zəng edərək telefonla mübahisə ediblər. 8 dəqiqə sonra saat 11:40-da o öz telefonu ilə Babəkə zəng edərək nə baş verdiyini soruşmuşdur. Babək isə onu “sənin oğlunu tutduracam” demişdir. O isə Babəkə “cənab Nazirə məlumat verib sənin haqqında ciddi ölçü götürməsini xahiş edəcəm” demişdir. Bu zaman Babək ona “şərəfsiz, nə edirsən et” deyərək təhqir etmişdir. Babəkin bu sözünə əsəbləşmiş evdən çıxaraq Qazax RPŞ-nə getmişdir. Polis şöbəsinin inzibati binasında Zərərçəkmiş şəxs xidməti otağına əsəbi halda daxil olaraq Babəkə “niyə mənə şərəfiz dedin, səndən şikayət edəcəm, şərəfsiz sənsən” demiş və çıxıb getmişdir. Lakin o Zərərçəkmiş şəxs və ya digər polis əməkdaşlartına qarşı müqavimət göstərərək tabesizlik etməmiş, yalnız əsəbi olduğu üçün ucadan danışaraq nəlayiq ifadə işlətmişdir. Hazırda polis şöbəsində səs-küy saldığı üçün peşmandır. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Qazax rayon Polis şöbəsinin DYPB-nin TTUİ-u vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxslərin şikayətinə əsasən, hadisəni törədən Qazax rayon Çaylı kənd sakini X3 zəng edərək hadisə yerindən yayındığına görə barəsində inzibati tədbir görüləcəyini demişdir. Bu zaman Elvin Qocayev ona “get nə istəyirsən et” demiş və telefonu söndürmüşdür. Təxminən 5 dəqiqə sonra tanımadığı nömrədən zəng gəlmiş, zəngi açmış və zəng edən şəxsin Elvinin atası Şəxs olduğunu bilmişdir. Şəxs telefonda ona “sənin başın bədəninə ağırlıq edir, sənin paqonlarını sökdürərəm” deyib telefonu söndürmüşdür. Təxminən 20 dəqiqə sonra xidməti otağında olan zaman Şəxs otağa daxil olaraq yüksək səslə onun ünvanına nalayiq ifadələr işlətmiş, ona hədə qorxu gələrək bir daha “sənin başın bədəninə ağırlıq edir, sənin paqonlarını sökdürərəm” demişdir. Bu zaman o və otaqda olan digər şəxslər Şəxs sakitləşdirməyə çalışmışlar. Lakin Şəxs ona və digər polis əməkdaşlarına qarşı müqavimət və tabesizlik göstərməmişdir. Həmçinin onuda bildirmişdir ki, o, Şəxs pul tələb etməmişdir. Şəxs onun barəsində dediyi sözlər şər-böhtandır. Şəxs hadisə baş verən zaman onun xidməti otağına gələrək ona 20 manat pul təklif etmiş, lakin o pulu almaqdan imtina etmişdir. Hazırda Şəxs şikayətçidir. Şəxs qanunamüvafiq cəza verilməsini məhkəmədən edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin DYPB-nin operatoru vəzifəsində işləyir. 16 iyun 2023-cü il tarixdə, saat 11:30 radələrində tanımadığı şəxs Qazax RPŞ-nin DYPB-nin xidməti otağına daxil olaraq baş inspektor Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs onu sakitləşdirməyə çalışsada o, öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs “sənin başın bədəninə ağırlıq edir, sənin paqonlarını sökdürərəm” kimi ifadələr işlətmişdir. Bu zaman yenə Zərərçəkmiş şəxs, o və Qənirə adlı şəxs həmin şəxsi sakitləşdirmişlər və həmin şəxs Qazax RPŞ-nin inzibati binasını tərk edib getmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Şəxs heç bir polis əməkdaşına qarşı tabesizlik və müqavimət göstərməmişdir. Yalnız Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadə işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında digər Şahid1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF 1 saylı X1 verdiyi 19 iyun 2023-cü il tarixli, 3-17-1/2-139192/2023 saylı arayışdan görünür ki, Şəxs oğlıu DSMF PHŞ 1 saylı X2 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 21 iyun 2023-cü il tarixli MN ******* nömrəli və 21 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Qazax rayon Polis Şöbəsinin inzibati binasında ucadan qışqıraraq naıayiq ifadə işlətmiş və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs könüllü olaraq Qazax Rayon Polis Şöbəsinə gəlmiş və rayon polis şöbəsinin inzibati binasında nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən Şəxs polis əməkdaşı- Qazax Rayon Polis Şöbəsinin DYPB-nin TTUİ-u Zərərçəkmiş şəxs Cahagir oğlunun və digər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai polisin “qanuni tələbi”nə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxsin izahatı, şahidlərin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilməsi, törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyətini aöırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-251/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-251/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver