Məhkəmə qərarları › İş №3(023)-252/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-252/2024

07.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-252/2024 07.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1, İnzibati xəta törətmiş şəxs Şəxs, onun vəkili Vəkil iştirakları ilə xx.xx.1977-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup əlil, Qazax şəhəri Azadlıq küçəsi ev 97də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib olunmuş 06 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 06 iyul 2024-cü il tarixdə, saat 22:30 radələrində Qazax şəhəri N.Nərimanov qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, 2009-cu ildən İİ qrup əlildir. O, heç bir polis əməkdaşına nalayiq ifadə işlətməmişdir. Toyda spirtli içki qəbul etmiş, xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində Qazax şəhəri, N.Nərimanov qəsəbəsinin ərazisində polis əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. Polis əməkdaşları içkili olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər, əsəbi olduğu üçün getmirəm demiş, tabesizlik göstərmiş, məcburi olaraq polis əməkdaşları ilə birlikdə Qazax RPŞ-nə getmişdir. Əməlindən peşmandır. Polis əməkdaşlarından üzr istəmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin YPX-nin baş inspektoru polis baş leytenatı vəzifəsində işləyir. 06 iyul 2024-cü il tarixdə, saat 22:30 radələrində Qazax şəhəri N.Nərimanov Qəsəbəsində xidmətdə olan zaman sürücü VAZ-2107 markalı 10CX805 dövlət qeydiyyat nömrə nişanlı avtomobili yüksək surətlə dəfələrlə təhlükəli manevr idarə edərək, ətrafdakı insanlara təhlükə yaratdığı üçün tərəfində saxla əmri vermişdir. Sürücüyə yaxınlaşanda sürücünün ağır dərəcə içkili olduğu üçün onu sükan arxasında kənarlaşdıran zaman onun ünvanına nalayiq ifadələr işlətmiş və əl qolu ilə müqavimət göstərmişdir. Onlar onu sakitləşdirməyə çalışsalarda o, onlara güc tətbiq edərək yenədə ünvansız nəlayiq sözlərinə davam etmişdir.həmin yerə ifir vasitəsi ilə PPXB-nin əməkdaşlarını çağırmışlar və onların köməyi ilə Qazax RPŞ-nin inzibati binasına aparmışlar. Qazax RPŞnin inzibati binasında həmin şəxsin Qazax rayon sakini Şəxs olduğu müəyyən olunmuşdur. Şikayətçidir. qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 izahatında digər Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişlər və şikayətçi olmadıqlarını, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 06 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 iyul 2024-cü il tarixdə, saat 22:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan AZEMİS sistemindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlillik üzrə 363.85 manat pensiya alır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi zərərçəkmiş şəxslərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Şəxs özünü təqsirli bilməsi onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 06 iyul 2024-cü il tarixdə, saat 22:30 radələrində Qazax rayonu, N.Nərimanov qəsəbəsində nəlayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən səmimi peşman olması və 2-ci qrup əlil olması, il ərzində inzibati xətanı ilk dəfə törətməsi onun iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə cəza tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Bundan başqa Şəxs inzibati qaydada tutulduğu müddət ona təyin edilmiş 200 (iki yüz) manat cərimə cəzasından çıxılaraq ona, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 100 (bir yüz) manat məbləğdə cərimə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 100 (iki yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar