Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-253/2023 22.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs AL MARKET MMC-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə günorta saatlarında Qazax şəhəri H.Əliyev prospektidə yerləşən "xxxx" mağazasından ümumi dəyəri 130 manat təşkil edən spirtli içkilər oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, hal-hazırda rəsmi və ya qeyri-rəsmi olaraq heç bir yerdə işləmir. Dövlət tərəfindən ona verilən təqaüd hesabına maddi ehtiyaclarını qarşılayır. Əvvəllər iki dəfə oğurluq etdiyinə görə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə Qazax şəhərində yerləşən "xxxx" ərzaq mağazasından 09 (doqquz) ədəd 0.5 litr həcmində “Xarcita” markalı və 02 ədəd 0.5 litr həcmində “Marosha” markalı spirtli içki oğurlamış və yaşadığı evə apararaq içmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, yenə də Qazax şəhərinə gəlmişdir. "xxxx" ərzaq mağazasının yanına çatdıqda yenə də spirtli içki oğurlamaq qərarına gəlmişdir. Buna görədə mağazaya daxil olmuşdur. Mağazada bir neçə dəqiqə gəzdikdən sonra spirtli içkilər düzülən vitrinlərin qarşısına getmişdir. Daha sonra ətrafa nəzər yetirərək ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra vitrində olan 0.5 litr həcmində olan “xortica” markalı spirtli içkilərdən bir ədədini götürüb əynində olan gödəkcənin altına qoymuşdur. Daha sonra isə mağazadan çıxmaq üçün qapıya doğru getmişdir. Birdən mağazanın işçisi onu tutub saxlayaraq onun mağazadan çıxmasına mane olmuşdur. Daha sonra isə onun oğurluq etməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları həmin ünvana gələrək onu polis şöbəsinə gətirmişlər. Törətdiyi əməllərə görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, təxminən 2 ildir ki, "xxxx" MMC-nin Qazax filialında mağaza müdürü vəzifəsində işləyərək maddi qazanc əldə edir. xx.xx.2023-cü il tarixdə işlədiyi mağazanın ümumi açotu aparılan zaman 09 ədəd satış qiyməti 11.2 manat olan 0.5 litr həcmində “Xortica” markalı spirtli içkinin və 02 ədəd satış qiyməti 10.2 manat olan 0.5 litr həcmində “Marosha” markalı spirtli içkinin sayının az olduğunu görüb oğurlandığından şübhələnmişdir. Buna görə də həmin gün mağazanın daxilində olan kamera görüntülərinə baxan zaman həmin içkilərin bir neçə gün ərzində eyni şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində o, mağazada olan zaman spirtli içkiləri oğurlayan adını sonradan bildiyi Şəxs mağazaya daxil olmuşdur. O, sonuncunun yenə də oğurluq edəcəyindən şübhə edərək kamera otağına və kamera görüntülərində həmin şəxsin hərəkətlərini izləmişdir. Şamil adlı şəxs bir neçə dəqiqə mağazada gəzərək vitrində olan əşyalara baxmışdır. Daha sonra isə spirtli içkilər düzülmüş vitrinin qarşısına gəlmişdir. Şamil adlı şəxs həmin vitrinin qarşına çatdıqdan sonra ətrafa nəzərə yetirmişdir.Şamil ətrafda heç kəsin olmadığını müəyyən etdikdən sonra vitrində olan 0.5 litr həcmində oan “Xortica” markalı spirtli içkinin bir ədədini vitrindən götürərək əynində olan pencəyin altında gizlətmişdir. Daha sonra isə mağazadan çıxmaq üçün qapıya doğru hərəkət etmişdir. O, dərhal kamera otağından çıxıb Şamil adlı şəxsin arxasınca getmişdir. Şamil mağazanın qapısından çıxıb getmək isdəyərkən o, sonuncunu tutub saxlamışdır. Daha sonra isə DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Həmçinin Şəxs tərəfindən onun rəhbərlik etdiyi mağazadan oğurluq etməsi nəticəsində ona ümumilikdə 132.40 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs törətmiş olduğu əməl AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talanmaya aid olduğundan inzibati xətanı törətmiş Şəxs barəsində inzibati xəta tənbeh tədbiri görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan ARƏƏSMN-nin tabeliyində DSMF-nun 1 saylı X1 verdiyi məktubdan görünür ki, Şəxs İİİ dərəcəli əlilliyə görə sosial müavinət alır. İş materiallarında olan Pakı Group MMC Müstəqil Qiymətləndirici tərəfin xx.xx.2023cü il tarixli rəydən görünür ki, 1 (bir) 0.5 litr həcmində “Xortica” markalı arağın 2023-cü il may ayı üçün real bazar qiyməti 11 (on bir) AZN və 1 (bir) ədəd 0.5 litr həcmində “Marosho” markalı arağın qiyməti isə 10 (on) AZN təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 22 iyun 2023-cü il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-253/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-253/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver