Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-254/2024 19.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, xx.xx.1975-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan MR Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 04 iyul 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:44 radələrində Tovuz Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına ‘MERSEDES BENZ ACTROS 1844LS” markalı, 77JX371/99ZJ723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxil olan Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1975-ci il təvəllüdlü, Şəxs ( pasport C********) ilə gömrük bəyyanəmməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı ‘MERSEDES BENZ ACTROS 1846LS” markalı 77JX371/99ZJ723 nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunun yük yerində üzərində “Glavus Met yazısı olan karton qutuda 90(doxsan) ədəd, üzərində “HERCEPTİN” yazısı olan hər birində 4 flakon olmaqla kağız karton qutuda 3 (üç) ədəd, üzərində “CİPİNTU” yazısı olan hər birində 1 flakon olmaqla, kağız karton qutuda 3(üç) ədəd, üzərində “BEMUSTU” yazısı olan hər birində 1 flakon olmaqla, kağız karton qutuda 3 (üç) ədəd, üzərində “BEASTİN” yazısı olan hər birində 1 flakon olmaqla, kağız qutuda 3(üç) ədəd, üzərində “XTANDİ” yazısı olanhər birində 28 ədəd konvalyut formasında olmaqla, kağız qutuda 2(iki) ədəd, üzərində “ZARZİO” yazısı olan hər biri 0,5 ml olmaqla 125 ədəd dərman preparatları aşkar olunmuşdur. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 07 may 2024-cü il tarixli baxış keçirilməsi və göürülməsi haqqında protokoldan görünür ki, ‘MERSEDES BENZ ACTROS 1846LS” markalı 77JX371/99ZJ723 nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunun yük yerində üzərində “Glavus Met yazısı olan karton qutuda 90(doxsan) ədəd, üzərində “HERCEPTİN” yazısı olan hər birində 4 flakon olmaqla kağız karton qutuda 3 (üç) ədəd, üzərində “CİPİNTU” yazısı olan hər birində 1 flakon olmaqla, kağız karton qutuda 3(üç) ədəd, üzərində “BEMUSTU” yazısı olan hər birində 1 flakon olmaqla, kağız karton qutuda 3 (üç) ədəd, üzərində “BEASTİN” yazısı olan hər birində 1 flakon olmaqla, kağız qutuda 3(üç) ədəd, üzərində “XTANDİ” yazısı olanhər birində 28 ədəd konvalyut formasında olmaqla, kağız qutuda 2(iki) ədəd, üzərində “ZARZİO” yazısı olan hər biri 0,5 ml olmaqla 125 ədəd dərman preparatları aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 12 iyun 2024-cü il tarixli 3-16-16/2-6/2826, 9/3978 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Galvus Met 50mg/1000mg N60 dərman vasitəsinin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri 75,60(60 ədəd x1,26) manat müəyyən edilir. Qərarda qeyd edilən 06 adda (“Bemustu 100 mg”, “Beastin 100 mg”, “Herceptin 150 mg”, “Cipintu 100 mg/100 ml”, “Cipintu 100 mg/10ml”, “Xtandi 40 mg”, “Zarzio 30 MU/0,5 ml) dərman vasitələrinin Respublikada yerləşən apteklərdə satışı barədə məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan ‘MERSEDES BENZ ACTROS 1846LS” markalı 77JX371/99ZJ723 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, ‘MERSEDES BENZ ACTROS 1846LS” markalı 77JX371/99ZJ723 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, 06 adda (“Bemustu 100 mg”, “Beastin 100 mg”, “Herceptin 150 mg”, “Cipintu 100 mg/100 ml”, “Cipintu 100 mg/10ml”, “Xtandi 40 mg”, “Zarzio 30 MU/0,5 ml) və ümumi dəyəri 75,60 manat təşkil edən, Galvus Met 50mg/1000mg N60 (60 ədəd x1,26) dərman vasitələri müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, 06 adda (“Bemustu 100 mg”, “Beastin 100 mg”, “Herceptin 150 mg”, “Cipintu 100 mg/100 ml”, “Cipintu 100 mg/10ml”, “Xtandi 40 mg”, “Zarzio 30 MU/0,5 ml) və ümumi dəyəri 75,60 manat təşkil edən, Galvus Met 50mg/1000mg N60 (60 ədəd x1,26) dərman vasitələri müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-254/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-254/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver