Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-255/2023 22.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Məmmədov Fəxri Afiq oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qazax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş AP ******* nömrəli 17 iyun 2023-cu il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində 5 (beş) günə qədər məlumat təqdim etməmiş, buna görə də hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Qazax Rayon Polis Şöbəsi tərəfindən "xxxx" MMC -nin barəsində toplanmış inzibati material natamam olduğundan, həmin material onu tərtib etmiş orqana, yəni Qazax Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Qazax Rayon Polis Şöbəsi tərəfindən "xxxx" MMC -yə 08 iyun 2023-cü il tarixdə sorğu məktubu ünvanlanmış və həmin məktubda xx.xx.2023-cü il tarixdə saat 13:07-də "xxxx" MMC-nin mülkiyyətində olan “DAF TE105 XF YÜK” markalı, 99JN484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə 5 gün müddətində rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Qazax Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğunun "xxxx" MMC-ə çatması barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan, yəni Qazax RPŞ-si tərəfindən formal olaraq sorğu məktubu iş materiallarına əlavə edilmiş, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin həmin sorğudan məlumatı olmamış və ya həmin sorğu hüquqi şəxs "xxxx" MMC-ə göndərilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında material natamam olduğundan, yəni Qazax Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş sorğunun "xxxx" MMC-ə çatması barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmədiyindən, işə baxıb tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-255/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-255/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver